Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
793
19.12.2022, 13:12
Ötən gecə Qətərdə təşkil edilən mundialda Argentina millisi Dünya Çempionatının qalibi oldu.
Messi isə kapitan kimi ilk dəfə Dünya Kubokunu başı üzərinə qaldırdı. Mərasimdən öncə Qətər əmiri ulduz futbolçunun üstünə mantiya atıb.
Bəs görəsən bu üst geyimi nədir? Şeyx onu Messiyə niyə geyindirdi?
Paltarlara bişt deyilir. Bu, adətən yundan hazırlanan boş yağmurluqdur. Ənənəvi rənglər ağ, krem, bejdir.
Yaşlı nəsil əsasən geyimin tünd rənglərinə, gənclər isə həm mavi, həm də boz variantlarna üstünlük verirlər.
İndi bu cür üst paltarları yalnız xüsusi hallar üçün geyinilir. Bunlara toylar, bayramlar və dini mərasimlər aiddir.
Ehtimal olunur ki, biştlər ən yaxşı Səudiyyə Ərəbistanında yerləşən əl-Ahsa yerində tikilir. Onlara yerli kral ailəsi üstünlük verir. Prosesdə bir neçə nəfər iştirak etsə belə, əl ilə bir biştin yaradılmasının təxminən 15 gün çəkə biləcəyi bildirilir. Bahalı biştlər təkcə əl ilə tikildiyinə görə yox, həm də materialın keyfiyyəti ilə xarakterizə olunur. Bir qayda olaraq, onlar keçi tükündən və ya lama və dəvə tükündən istifadə edərək hazırlanır.
Yaxasında və qollarında qızıl tikmə olan qara bişt ağ və kremdən sonra ən məşhurdur. Bahalı modelləri tikərkən əsl qızıl və gümüş tərkibli saplardan istifadə olunur.
Nəzərinizə çatdıraq ki, Qətər əmirinin bu təşəbbüsü hamının xoşuna gəlməyib. Keçmiş Argentina millisinin üzvü Pablo Zabaleta (hazırda "BBC"nin eksperti) bundan çaşqınlıq ifadə edib. O, “Mənə deyin niyə? Bunu etmək üçün heç bir səbəb yox idi” ifadələrini işlədib.
İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker də şeyxin bu jestini müsbət qarşılalmayıb:
“Argentina 1986-cı ildən sonra ilk dəfə dünya çempionatının qalibi olub. Sehrli andır. Çox təəssüf ki, Messi Argentina köynəyini bu paltarla bürmüşdü”.
BAKU.WS
17:11 / 12 Oktyabr 2026
6
16:59 / 12 Oktyabr 2026
238
16:54 / 12 Oktyabr 2026
68
16:49 / 12 Oktyabr 2026
45
16:40 / 12 Oktyabr 2026
57
16:32 / 12 Oktyabr 2026
149
16:28 / 12 Oktyabr 2026
66
16:17 / 12 Oktyabr 2026
212
16:13 / 12 Oktyabr 2026
698
16:08 / 12 Oktyabr 2026
247
16:03 / 12 Oktyabr 2026
403
15:54 / 12 Oktyabr 2026
229
15:46 / 12 Oktyabr 2026
165
15:36 / 12 Oktyabr 2026
626
15:30 / 12 Oktyabr 2026
185
15:22 / 12 Oktyabr 2026
1745
15:21 / 12 Oktyabr 2026
109
15:15 / 12 Oktyabr 2026
269
15:07 / 12 Oktyabr 2026
282
15:06 / 12 Oktyabr 2026
702
14:58 / 12 Oktyabr 2026
599
14:56 / 12 Oktyabr 2026
129
14:52 / 12 Oktyabr 2026
5190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.