Qaynar xətt:

(+99450) 247 90 86

Şəhid Murad Əsədovun doğum günüdür

Şəhid Murad Əsədovun doğum günüdür

ÖZƏL BÖLÜM

705

15.12.2022, 11:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Şəhidimizin doğum günüdür.

Oxu24.com xatırladır ki,Əsədov Murad Rüstəm oğlu 1999-cu il dekabrın 15-də Ağcabədi rayon Şərəfxanlı kəndində anadan olub.

Füzuli uğrunda gedən gərgin döyüşlərdə qəhrəmanlıq göstərərək, şəhid olub.” 10 “dan çox düşmən əsgərini tək başına məhv edən, əsgər yoldaşlarını qoruyan cəsarətli döyüşçü oktyabrın 9-da düşmən gülləsinə tuş gələrək, qəhrəmancasına şəhid olub. Şəhid olmadan bir neçə saat öncə evdəkilərə zəng edib, ” halalıq alıb ” və ” Mən şəhid olacam bunu hiss edirəm ” -deyib.Qeyd edək ki, Murad Əsədov Naxçıvanda hərbi xidmətdə olub. Hərbi xidmətdən keçən ilin iyulunda gəlib. İkinci Qarabağ döyüşlərinə isə könüllü gedib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Murad Əsədov ölümündən sonra "Vətən uğrundə","Cəsur döyüşcü"və"Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Hazırladı: Miri Məcidli