Qaynar xətt:

(+99450) 247 90 86

Qırmızı diplomlu Şəhid: Bu gün doğum günüdür

Qırmızı diplomlu Şəhid: Bu gün doğum günüdür

ÖZƏL BÖLÜM

391

13.12.2022, 18:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəhid Şahin Ağayev 13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olub.

2000-2011-ci illərdə Bakı şəhəri, 286 saylı orta məktəbdə təhsil alıb.

2011-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olub, 2016-cı ildə Akademiyanı pilot ixtisası üzrə qırmızı diplomla bitirib.

Azərbaycan Ordusunun əsgəri olan Şahin Ağayev Vətən müharibəsində qatılıb.

O, oktyabrın 25-də Qubadlıda şəhid olub.

Subay idi.

Ağayev Şahin Azər oğlu  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı, Fizulinin azad olunmasına görə"medalı  və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

 

Hazırladı: Miri Məcidli