Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78440
az

Səudiyyəyə yaxınlaşan Çinin MƏQSƏDİ BƏLLİ OLDU - ABŞ və İranla çatlar dərinləşir

16:2510 Dekabr, 2022
218
ÖZƏL BÖLÜM
  • A

ABŞ ilə gərgin diplomatik proses yaşayan Səudiyyə rəhbərliyinə isti münasibət göstərən Çin bölgəyə niyə yaxınlaşmaq istəyir?
Çin Xalq Respublikasının Sədri Si Cinpinin Ər-Riyada səfəri beynəlxalq mətbuatda geniş işıqlandırılıb. Səfər zamanı möhtəşəm qarşılanma iki ölkənin adi bir sammit keçirməyəcəyindən xəbər verirdi. Yüksək səviyyəli ikitərəfli danışıqlar və geniş investisiya sazişləri Çin-Səudiyyə münasibətlərinin yeni səviyyəyə çatmasının sübutlarındandır.

Səfər zamanı Səudiyyə və Çin şirkətləri yaşıl enerji, nəqliyyat, logistika, tibb sənayesi və tikinti sahələrini əhatə edən 34 investisiya sazişi imzalayıb. Məlumata görə, bu sövdələşmələrin dəyəri 29,6 milyard dollardır.

Çin Səudiyyə Ərəbistanının ən böyük xam neft bazarıdır və 2021-ci ildə Səudiyyə Ərəbistanının bütün xam neft ixracının 25 faizindən çoxunu təşkil edir.

 

Rəsmi Pekinin nöqteyi-nəzərindən Səudiyyə Ərəbistanı Çinin iqtisadi inkişafının gələcəyi üçün son dərəcə vacib enerji mənbəyidir.

Çin lideri Si Cinpin cümə axşamı Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşüb. Bildirilir ki, Ukraynada davam edən müharibə səbəbindən Rusiyaya qarşı sanksiyalar gücləndikcə Pekin enerji resursları üçün həyati əhəmiyyət kəsb edən regionla əlaqələri gücləndirmək istəyir.

Çinin neft alışından başqa, vəliəhd şahzadə Məhəmmədin Qırmızı dənizdə qurmağı planlaşdırdığı 500 milyard dollarlıq futurist şəhər "Neom"a da həvəsli olduğu bilinir. Çin tikinti şirkətləri Fars körfəzindəki ərəb ölkələrində, xüsusilə Dubayda keçirilən bir çox tenderlərdə iştirak edib. Belə olan halda, Çin hətta “Bir kəmər, bir yol” layihəsinin infrastruktur inkişafı qanadında belə Səudiyyə administrasiyası ilə razılığa gələ bilər.

Səudiyyə rəsmiləri də öz nəvbəsində Çin texnologiya şirkəti Huawei ilə bulud hesablamaları, məlumat mərkəzləri və digər yüksək texnologiyalı müəssisələrlə bağlı bəzi müqavilələr imzalayıblar. (Bulud hesablamalar (cloud computing) – hesablama resurslarını yerləşdirmək və belə xidmətləri son uc istifadəçilərə təqdim etmək üçün İnternetdən istifadəyə imkan verən texnologiya - red.)

Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzetində dərc edilən məqalədə qeyd olunub ki, Çin və ərəb dövlətləri arasında mübadilə 2000 ildən də qədim tarixə malikdir. Məqalədə Hz. Məhəmməd Peyğəmbərin “Elm Çində olsa belə, onun arxasınca get” sözlərinə yer verilib.

Çin Kommunist Partiyasının nəşr orqanı olan “Global Times” qəzeti isə Çin və Səudiyyə Ərəbistanının əlaqələrinin dərinləşdirdiyini bildirib.

 

6 il sonra Si Cinpinin Səudiyyə Ərəbistanına səfəri ABŞ və Ər-Riyad arasında münasibətlərin neft hasilatını azaltmaq məsələsində əhəmiyyətli dərəcədə pisləşdiyi bir vaxta təsadüf edib.

ABŞ ilə gərginlik artdıqca Səudiyyə Ərəbistanı Çini vacib alternativ olaraq görür.

Səudiyyə kral ailəsindən olan kral Əbdüləzizin nəvəsi Əbdül əl-Şlaan bu yaxınlarda OPEC+ ölkələrinin neft hasilatı ilə bağlı qərarına görə ABŞ-ı təhdid edən video yayımlayıb. Şalan deyib: “Biz bu səltənətin varlığına qarşı çıxan hər kəs üçün cihada və şəhid olmağa hazırıq”.

Vəliəhd Şahzadə Salman isə bu hadisədən bir az əvvəl Cənubi Afrika prezidenti ilə görüşündə Çinin rəhbərlik etdiyi BRİCS-ə qoşulmaq istədiklərini bildirib. (BRICS — beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası. 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləşməsi ilə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə qrup BRICS adını daşımağa başladı - red.)

ABŞ ilə dərinləşən çat rəsmi Pekinin diqqətini çəkib və Çin-Səudiyyə münasibətlərinin yenidən nəzərdən keçirilməsinə səbəb olub.

Çin lideri Cinpin səfərdən əvvəl yazdığı “Min illik dostluğumuzu irəli aparmaq və birgə daha yaxşı gələcək yaratmaq” başlıqlı məqaləsində qeyd edib: “Ərəb xalqı müstəqilliyə dəyər verir, xarici müdaxiləyə, güc siyasətinə və tiranlığa qarşı çıxır”.

Bu sətirlər onu göstərir ki, Çin açıq şəkildə regionda nüfuz uğrunda ABŞ-la rəqabət aparmaq və ABŞ-ın buraxdığı “boşluğu” doldurmaq niyyətindədir.

 

Çin-Səudiyyə münasibətlərinin yüksək səviyyəyə çatması Yaxın Şərqdə enerji və bazar axtarışlarını genişləndirmək istəyən Pekinin 2021-ci ilin martında İranla imzaladığı 25 illik strateji plana təsir edə bilər. Daha çox enerji mövzularından ibarət olan razılaşmanın İran tərəfindən müsbət qarşılanmayacağı ekspertlərin yekdil rəyidir. İran 2016-cı ilin əvvəlində Səudiyyə administrasiyası ilə kəşfiyyat xarakterli danışıqları davam etdirsə də, diplomatik əsasda görüşə bilməyib.

Ekspertlər qeyd edirlər ki, ABŞ və İranın Çin-Səudiyyə münasibətlərini diqqətlə izləməsi və ortaq nəticələrə malik müstəqil diplomatik addımlar atması təəccüblü olmayacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi