Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1605
09.12.2022, 19:01
"2023-cü ildə dövlət büdcəsindən 15.2 milyard manat sosial sferaya yönəldiləcək. Bu ümumi büdcə xərclərinin 45.6 faizi deməkdir".
Oxu24.com Redaktor.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, pensiyalarda artım gələn aydan reallaşacaq:
"Belə ki, vahid indeksasiya sisteminə keçid bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur.
Bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artıb.
Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq.
Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq. Məsələn, əgər 2022-ci ildə orta aylıq əmək haqqı 15 faiz artarsa, o zaman 500 manat pensiya alan vətəndaşımızın pensiyasında 75 manat artım olacaq.
Digər tərəfdən, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın da (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10 %-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur.
Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək.
Qeyd edək ki, xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarına daxil edildikdən sonra yekun məbləğ orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Məsələn, 300 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği yeni ildən 316.7 manat (300+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq".
Əmək haqqı məbləğinə gəldikdə isə, Vüqar Bayramov bildirib ki, gələn il orta aylıq maaşın 898 manat olacağı proqnozlaşdırılır.
"Qeyd edək ki, gələn il şəhid ailələri və onların övladları, valideynlərinin muzdlu işdən aldıqları gəlirlərinin 800 manata qədər olan hissəsinin vergilərdən azad olunması nəzərdə tutulur. Bütövlükdə isə, dövlət sektorunda əmək haqqı artımları ölkə prezidentinin sərəncamları ilə reallaşır. 2022-ci ildə əksər sektorlarda maaş artımları reallaşdı. 2023-cü ildə də sosial müdafiə tədbirlərinin güclənəcəyi gözlənilir", - deyə deputat qeyd edib.
Həmçinin oxuyun
21:34 / 13 Oktyabr 2026
5
21:30 / 13 Oktyabr 2026
250
21:19 / 13 Oktyabr 2026
41
21:16 / 13 Oktyabr 2026
39
21:09 / 13 Oktyabr 2026
86
21:03 / 13 Oktyabr 2026
50
20:48 / 13 Oktyabr 2026
66
20:44 / 13 Oktyabr 2026
73
20:39 / 13 Oktyabr 2026
119
20:26 / 13 Oktyabr 2026
1688
20:19 / 13 Oktyabr 2026
71
20:17 / 13 Oktyabr 2026
76
20:14 / 13 Oktyabr 2026
136
20:12 / 13 Oktyabr 2026
79
20:06 / 13 Oktyabr 2026
82
19:46 / 13 Oktyabr 2026
165
19:43 / 13 Oktyabr 2026
1527
19:34 / 13 Oktyabr 2026
101
19:24 / 13 Oktyabr 2026
1089
19:18 / 13 Oktyabr 2026
458
19:12 / 13 Oktyabr 2026
119
19:00 / 13 Oktyabr 2026
86
18:58 / 13 Oktyabr 2026
811
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.