Qaynar xətt:

(+99450) 247 90 86

Dünyanın "ən güclü" pasportları açıqlandı - Azərbaycan Ermənistanı qabaqladı

Dünyanın \\\"ən güclü\\\" pasportları açıqlandı - Azərbaycan Ermənistanı qabaqladı

ÖZƏL BÖLÜM

868

08.12.2022, 20:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kanadada  yerləşən “Arton Capital” konsaltinq şirkəti ölkələrin pasportlarının beynəlxalq reytinqini açıqlayıb.

Oxu24.com -un məlumatına görə,  araşdırmasının nəticələrinə əsasən , Azərbaycan pasportu 2022-ci ildə dünyada Ermənistan pasportundan yuxar pillədə dayanıb.

Şirkətin təqdim etdiyi 2022-ci il pasport gücü reytinqində Azərbaycan Namibiya və Tunislə 62-ci yeri, Ermənistan isə Malavi və Kuba ilə 64-cü yeri bölüşüb.


Araşdırmaya görə, Azərbaycan sənədi olanlar 34 ölkəyə vizasız gedə, daha 46 ölkəyə isə  gəldikdən sonra viza ala bilərlər. Öz növbəsində, Ermənistan pasportu 33 ölkəyə vizasız getməyə imkan verir, daha 45 ölkəyə  gəldikdə isə viza almağa imkan verir..

Postsovet məkanının digər dövlətlərinə gəlincə, Litva Sinqapur, Malta, Slovakiya və Kanada ilə beşinci, Estoniya və Latviya Sloveniya ilə altıncı, Ukrayna Baham adaları ilə birlikdə - 20, Gürcüstan və Kiribati - 36, Rusiya və Türkiyə 38-ci, Moldova - 40-cı, Belarus və Nauru - 55-ci, Qazaxıstan - 56-cı, Özbəkistan,Qırğızıstan,Qambiya, Tanzaniya, Qana, San-Tome və Prinsipi  və Hindistan - 69-cu, Tacikistan, Vyetnam və Kamboca ilə birlikdə 72-ci, Türkmənistan, Mali, Qvineya-Bisau, Anqola, Laos, Komor Adaları Birliyi və Haiti ilə birlikdə 78-ci yerdədir.

2022-ci ildə “Ən güclü” BƏƏ pasportudur ki, bu da öz sahiblərinə dünyanın 121 ölkəsinə vizasız giriş imkanı verir. İkinci yeri Almaniya, İsveç, Finlandiya, Lüksemburq, İspaniya, Fransa, İtaliya, Hollandiya, Avstriya, İsveçrə və Cənubi Koreya bölüşür. Üçüncü yeri Danimarka, Belçika, Portuqaliya, Norveç, Polşa, İrlandiya, ABŞ və Yeni Zelandiya tutub. Reytinqi Əfqanıstan qapayır (97-ci yer).

 

Hazırladı: Miri Məcidli