Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
788
30.11.2022, 23:28
“Nərmin işi”ndə YENİ DETAL: Zaur Baxşəliyev də dindirilə bilər
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə araşdırılan iş materialları ilə bağlı sənədlər tədqiq olunub.
Məhkəmədə aparıcı Xoşqədəm Baxşəliyevanın vaxtilə “Xəzər TV”də yayımlanan “Səni axtarıram” proqramında Nərmin Quliyevaya həsr olunmuş reportaja baxış keçirilib.
Bundan başqa, Nərminin valideynlərinin başqa bir internet televiziyasına müsahibəsi ilə bağlı müzakirə aparılıb.
Sözügedən müsahibədə Nərminin atası Şərif Quliyev deyib ki, Nərminin meyitini özü görüb, üzdən tanıyıb. Cinayət işinin materiallarında isə üz nahiyəsinin tam yandığı və tanınmaz halda olduğu göstərilib.
İlkin Süleymanovun vəkilləri “Azad Azərbaycan” telekanalında aparıcı Zaur Baxşəliyevin proqramında Nərminin meyitinin tapılmasıyla bağlı verilən məlumatların da araşdırılmasını istəyiblər.
Müdafiə tərəfi Zaur Baxşəliyevin məhkəməyə çağırılıb dindirilməsini istəyib:
“Zaur Baxşəliyev deyib ki, Nərminin başına dəmirlə 5 zərbə vurulub. İttihamda isə daşla vurulduğu yazılıb. İlkin isə ifadəsində daşla bir zərbə vurduğunu deyir.
Ekspert rəylərinə əsasən, xəsarətlərin formasına baxanda başdakı zərbələrin dəmirlə vurulduğunu demək olar. Zaur Baxşəliyev onu da deyir ki, Nərmin meyit tapılmamışdan 5 gün əvvəl öldürülüb. Gəlsin, görək bu məlumatları ona kim vermişdi”, - deyə vəkillər bildirib.
Hakim Zaur Baxşəliyevin məhkəməyə çağırılması ilə bağlı vəsatət yazılı təqdim edildikdən sonra məhkəmənin münasibət bildiriləcəyini deyib.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
21:13 / 14 Oktyabr 2026
5
21:08 / 14 Oktyabr 2026
13
20:56 / 14 Oktyabr 2026
46
20:55 / 14 Oktyabr 2026
42
20:50 / 14 Oktyabr 2026
110
20:47 / 14 Oktyabr 2026
56
20:44 / 14 Oktyabr 2026
49
20:33 / 14 Oktyabr 2026
74
20:23 / 14 Oktyabr 2026
54
20:15 / 14 Oktyabr 2026
541
19:57 / 14 Oktyabr 2026
76
19:56 / 14 Oktyabr 2026
64
19:53 / 14 Oktyabr 2026
210
19:47 / 14 Oktyabr 2026
97
19:44 / 14 Oktyabr 2026
80
19:31 / 14 Oktyabr 2026
68
19:27 / 14 Oktyabr 2026
339
19:25 / 14 Oktyabr 2026
62
19:23 / 14 Oktyabr 2026
68
19:13 / 14 Oktyabr 2026
65
19:09 / 14 Oktyabr 2026
60
19:06 / 14 Oktyabr 2026
89
18:55 / 14 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.