Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77537
az

Əliyev “gizli plan” quranlara xəbərdarlıq etdi: Ermənistan Azərbaycanın ovcundadır

11:1027 Noyabr, 2022
286
ÖZƏL BÖLÜM
  • A

Paşinyan hakimiyyəti Rusiya, Fransa və ya hər hansı xarici beynəlxalq siyasi iradə mərkəzinin Ermənistanı Azərbaycan qarşısında müdafiə edə bilməyəcəyi ilə barışmayacağı təqdirdə, rəsmi İrəvanın daha fəlakətli situasiyaya düçar olacağı qətiyyən şübhə doğurmur...

Ermənistanı “kiçik, yoxsul, Rusiyadan asılı, hətta Rusiyanın qulu olan ölkə” kimi xarakterizə edən Azərbaycan Prezidenti İlham Əliyev regional sabitliyə və potensial əməkdaşlığın inkişafına da tam təminat verir...
Cənubi Qafqazın gələcək inkişaf perspektivləri, regional geopolitik və təhlükəsizlik problemləri hazırda beynəlxalq siyasi iradə mərkəzlərinin gündəmindədir. Çünki Ukrayna savaşından sonra dünya ölkələri üçün bu regionun əhəmiyyəti daha da artıb. Və Cənubi Qafqazda maraqları olan bəzi dövlətlərin mövqe və hədəflərində müəyyən ziddiyyətlərin ortaya çıxmaqda olduğu da müşahidə edilir.

Ona görə də Prezident İlham Əliyevin 25 noyabrda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında vurğuladığı məqamlar, bəzi beynəlxalq siyasi iradə mərkəzlərinə ünvanladığı açıq mesajlar regionun gələcək taleyini təxmin etmək baxımından, böyük önəm daşıyır. Azərbaycan lideri öz çıxışında hazırda Avropa və Asiya ölkələri arasında birbaşa iqtisadi-ticari əlaqələri təmin edə biləcək regional nəqliyyat-infrastruktur layihələrinə İran və ya Ermənistanın əngəl törədə bilməyəcəyini bildirib. Və Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olan dövlətin – Azərbaycanın liderinin bu barədə dedikləri regionda maraqları olan ölkələr üçün siyasi təminat rolunu oynayır.

Maraqlıdır ki, Azərbaycan Prezidentinin mesajlarında rəsmi İrəvanın mövqeyinə əhəmiyyət verilməsinə ehtiyac olmadığına yönəlik birbaşa eyhamlar da var: “Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. Bu, faktiki olaraq, dalana dirənmiş ölkədir. Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. İran isə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır. Ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir”.

Göründüyü kimi, rəsmi Bakının regional siyasəti geopolitik hesablamalara dayanır. Azərbaycan Prezidentinin açıqlamalarında geopolitik situasiyanın və proseslərin ciddi təhlilindən qaynaqlanan nəticələr mövcuddur. Rəsmi Bakı Azərbaycanın Ermənistanla deyil, bu qondarma dövlətin əsl sahibləri ilə müzakirələr apardığını da artıq qətiyyən gizlətmir. Prezident İlham Əliyevin açıq mətnlə “Azərbaycan faktiki olaraq, Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir” deməsi də, əslində, rəsmi İrəvanın kənar güclər tərəfindən idarə olunduğuna dolayısı eyham sayıla bilər.

Ancaq rəsmi Bakı Ermənistanın xarici himayədarlarından qətiyyən çəkinmədiyini də biruzə verir. Çünki Prezident İlham Əliyevin “Azərbaycan və Türkiyə qardaş və dost ölkələrdir. Ötən il Şuşada Müttəfiqlik Bəyannaməsi imzalanmışdır. Əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır” açıqlaması müəyyən mənada, Ermənistandan Azərbaycana qarşı istifadə etmək istəyənlərə xəbərdarlıq mesajı xarakteri daşıyır. Azərbaycan lideri ölkəmizin müdafiə və təhlükəsizlik strategiyasının dəqiq hesablamalar üzərindən qurulduğuna eyham vurur.

Eyni zamanda, Prezident İlham Əliyev iki müttəfiq ölkənin istənilən situasiyaya əvvəlcədən hazır olduğunu da diqqətə çatdırıb: “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, Türk ordusu tək deyil, orada, həmçinin bizim ordumuz da var. Bizim ordumuz da tək deyil, o cümlədən, orada Türk ordusu da var. Sərhədimizdə təxribatlar planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxartmalıdırlar”.

Bütün bunlar onu göstərir ki, rəsmi Bakı Cənubi Qafqazda maraqları olan bütün dövlətlərə və beynəlxalq qurumlara çox incə şəkildə xəbərdarlır edir. Diplomatik dillə anlatmağa çalışır ki, bu regiona Ermənistan üzərindən yerləşmək və geopolitik proseslərdə iştirak etmək qətiyyən mümkün deyil. Cənubi Qafqazda maraqları olanlar, geoiqtisadi layihələrdə iştirak etməyə can atanlar əvvəlcə rəsmi Bakı ilə anlaşmağa çalışmalıdırlar. Əks halda, Cənubi Qafqaza sadəcə, kənardan boylanmaq vərdişlərinə yiyələnmək məcburiyyətində qala bilərlər.

Məsələ ondadır ki, Ermənistan Azərbaycanın siyasi razılığı olmadan “dünyaya çıxış pəncərəsi” əldə etmək şansına malik deyil. Ermənistanın bütün mümkün “giriş-çıxışları” məhz Azərbaycanın nəzarəti altındadır. Rəsmi Bakı icazə verməzsə, Ermənistan heç vaxt indiki blokada şəraitindən xilas olub, yeni inkişaf perspektivləri qazana bilməz.

Yəni rəsmi İrəvanla Şimal-Cənub dəhlizini müzakirə edən, Ermənistanın ərazi bütövlüyünü öz “qırmızı cizgisi” sayan İranın belə, Azərbaycanın mövqeyindən yan keçərək, belə bir marşrut açmaq şansı barədə danışmaq olduqca qəliz məsələdir. Prezident İlham Əliyev də vurğulayıb ki, Ermənistanın İranla dəmiryolu əlaqəsi qurması üçün yeganə yol məhz Azərbaycandan keçir: “Çünki Ermənistan-İran sərhədinin coğrafiyası və tunellərin tikilməsi zərurəti bu dəmiryolunun dəyərini minimum 3-5 milyard dollar edəcək. Ermənistanın Rusiya ilə dəmiryolu əlaqəsi qurmasının da yeganə yolu bizdən keçir. Çünki separatçı Abxaziyadan keçən ənənəvi marşrut bağlanıb, Gürcüstan hökuməti onu açmaq istəmir”.

Təbii ki, belə böyük həcmli maliyyə vəsaitləri xərcləmək üçün iqtisadi resursları olmayan Ermənistanın blokada vəziyyətindən çıxması yalnız rəsmi Bakı ilə anlaşma şəraitində reallaşa bilər. Əks halda, Azərbaycanın sürətli inkişaf prosesinə paralel olaraq, Ermənistan yalnız “səfalət bataqlığı”nda qalmaqda davam edəcək. Halbuki, Ermənistanı “kiçik, yoxsul, Rusiyadan asılı, hətta Rusiyanın qulu olan ölkə” kimi xarakterizə edən Azərbaycan Prezidenti regional sabitliyin və potensial əməkdaşlığın təmin olunacağına da təminat verib.

Göründüyü kimi, Azərbaycan Prezidenti Ermənistana və onun beynəlxalq himayədarlarına açıq və konkret mesajlar verməkdədir. Rəsmi İrəvan Ermənstanın perspektivsiz ölkə olduğunu və bunu Azərbaycanın siyasi dairələrində də tam dəqiqliyi ilə bildiklərini artıq anlamalıdır. Paşinyan hakimiyyəti Rusiya, Fransa və ya hər hansı xarici beynəlxalq siyasi iradə mərkəzinin Ermənistanı Azərbaycan qarşısında müdafiə edə bilməyəcəyi ilə barışmayacağı təqdirdə, rəsmi İrəvanın daha fəlakətli situasiyaya düçar olacağı qətiyyən şübhə doğurmur. Hər halda, rəsmi İrəvan Prezident İlham Əliyevin açıqlamalarından ortaya çıxan “Ermənistan Azərbaycanın ovcundadır” nəticəsinə xüsusi diqqət etməlidir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi