Qaynar xətt:

(+99450) 247 90 86

Ermənilər nəyə hazırlaşır? - ŞOK DETALLAR AÇIQLANDI

Ermənilər nəyə hazırlaşır? - ŞOK DETALLAR AÇIQLANDI

ÖZƏL BÖLÜM

721

19.11.2022, 12:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarabağda erməni silahlı dəstələrinin qalıqları son günlər aktivləşib: Ağdam və Xocalıda səngər qazmağa cəhd etdilər, buna paralel olaraq, müxtəlif ərazilərdə Azərbaycan ordusunu atəşə tuturlar; bu gün də Füzuli istiqamətində atəş açıblar.

Oxu24.com xəbər  verir  ki, siyasi şərhçi Asif Nərimanlı ermənilərin məqsədinin nə olduğunu açıqlayıb.

Təxribatların intensivləşməsində məqsəd aydındır:  Bakının Qarabağda yaşayan ermənilərlə təmas qurmaq perspektivini arxa plana keçirir, qarşıdurmalarla həm erməni əhalisinin düşüncəsindən Azərbaycan cəmiyyətinə inteqrasiya etmək fikrini çıxarır, həm də dünyaya “dövlətcik” performansı sərgiləyirlər; 

Və şübhəsiz ki, tətiyi çəkən separatçılar olsa da, silah Rusiyanındır.
Hərçənd, Fərrux və “Qisas” əməliyyatından öncə də eyni şeyi edirdilər, nəticəsi bəllidir. Bu təxribatların da bir cavabı olacaq.

Miri Məcidli