Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
543
04.11.2022, 23:35
Azərbaycan Prezidenti İlham Əliyev kontr-admiral Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali rütbəsinin verilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb.
Sübhan Bəkirov 1964-cü il avqustun 4-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub.
O, 1982–1984-cü illərdə Sovet Ordusunun sıralarında, uzaq şərq vilayətində hərbi xidmət keçib. 1993-cü ildən isə Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər hərbi gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub.
Daha sonra, 1997–2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. 2014-cü ildə müdafiə nazirinin əmrinə əsasən hərbi gəmi təmiri zavodunun baş mühəndisi — zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi ("n" saylı hərbi hissənin komandiri) vəzifəsinə təyin olunub.
S.Bəkirov, 2016-cı ilin iyun ayında müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini - Maddi Texniki Təminat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bir il sonra, Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2017-ci il tarixli 3006 nömrəli Sərəncamına əsasən Sübhan Bəkirov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 12 mart 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunan Bəkirova, eyni il prezidentin 25 iyun 2020-ci il tarixli Sərəncamına əsasən kontr-admiral ali hərbi rütbəsi verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı Dəniz Xüsusi Təyinatlıları tərəfindən Araz boyu istiqamətində 23 kənd, bir sıra yaşayış məntəqəsi və eləcə də, adsız yüksəkliklər daxil olmaqla Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Sübhan Bəkirov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Son olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 04 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Vitse-admiralı ali hərbi rütbəsi verilib.
Asudə vaxtlarında idmanla məşğul olmağı, kitab oxumağı, şeir yazmağı sevən və bir neçə şeir kitablarının müəllifi olan kontr-admiral ailəlidir. Üç övladı var.
14:35 / 17 Oktyabr 2026
58
14:30 / 17 Oktyabr 2026
54
14:23 / 17 Oktyabr 2026
359
14:15 / 17 Oktyabr 2026
55
13:55 / 17 Oktyabr 2026
68
13:47 / 17 Oktyabr 2026
166
13:45 / 17 Oktyabr 2026
72
13:40 / 17 Oktyabr 2026
109
13:31 / 17 Oktyabr 2026
84
13:30 / 17 Oktyabr 2026
75
13:25 / 17 Oktyabr 2026
89
13:16 / 17 Oktyabr 2026
149
13:15 / 17 Oktyabr 2026
99
12:55 / 17 Oktyabr 2026
166
12:39 / 17 Oktyabr 2026
591
12:28 / 17 Oktyabr 2026
346
12:22 / 17 Oktyabr 2026
153
12:10 / 17 Oktyabr 2026
180
12:00 / 17 Oktyabr 2026
105
11:54 / 17 Oktyabr 2026
80
11:50 / 17 Oktyabr 2026
1410
11:48 / 17 Oktyabr 2026
79
11:37 / 17 Oktyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.