Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75607
az

Tora süpürgə çəkmək zamanı – casus şəbəkəsinin tarixçəsi və ifşası

12:5502 Noyabr, 2022
211
ÖZƏL BÖLÜM
  • A

Əslində hamı bilirdi ki, ölkədə çoxlu İran casusu var. Onları adbaad tanıyanlar da çox idi. Ara-sıra bu barədə yazırdıq. Amma lazımi reaksiya olmadığı üçün üstünə çox getmirdi.

Düşünürdük ki, lazımi orqanlar hər şeyi bizdən qat-qat yaxşı bilirlər və bütün İran casuslarının tam siyahısı, əl-əlbət, onlarda var. Aydın idi ki, hər birinin fəaliyyət tarixçəsinə aid qovluqlar yavaş-yavaş dolurdu.

Görünür, məsləhət beləydi ki, hələ casus şəbəkəsinin ifşasının vaxtı deyil.

Düşmənlərimizin və qeyri-dostlarımızın güclü, mütəşəkkil vaxtında daha bir cəbhəni qonşu, din-məzhəb qardaşı olan ölkəylə açmağın faydası yox idi.

Fəqət o da aydın idi ki, gündən-günə təsir dairəsini, fəaliyyət meydanını genişləndirən, tərəfdarlar şəbəkəsini gücləndirən, tələblərini artıran, ölkəmizi qarışdırmaq üçün açıq-aydın hərəkətə keçən dövlət bu xoşməramlı münasibətdən dərs götürüb özünə yığışmayacaq.

Azərbaycan dövlətinin bu casus şəbəkəsi ilə yumşaq davranışı onların arxayınlaşmasına səbəb olmuşdu və özlərini cəzasızlıq mühitində hiss edirdilər. Casuslar artıq açıq fəaliyyət göstərir, sadəcə, özlərini dindar kimi göstərərək İran dövlətinin təbliğatını aparır, islam dövlətinin rəhbəri Xamneyiyə “ağam” deyir, Tehrana, Quma səfər edərkən din generallarının - ayətullahların əlini öpürdülər.

Onlar bir ara Tehrandan və ya Qumdan aldıqları tapşırıqlar arasında ölkəmizdə vəziyyəti qarışdırmaq da istədilər, süni şəkildə qızışdırılmış “hicab qadağasına son” adlı etiraz aksiyasına başladılar, Nardaran kəndini az qala “müstəqil dövlət” halına gətirdilər, Gəncədə ekstremist aktlar törətdilər və sair.

Buna cavab olaraq hakimiyyət orqanları müəyyən tədbirlər həyata keçirdilər, fitnəkar aksiyaların yerli fitvaverənləri, təşkilatçıları və fəalları həbs olundu. Ancaq yenə də casus şəbəkəsinə toxunulmadı. Casuslar bir neçə ay su dibinə çəkilsələr də, kütləvi həbslərin olmayacağına əmin olunca yenidən açıq fəaliyyətə başladılar. Yenə İrana gediş-gəlişlər başlandı, yenə yas yerlərində, məscidlərdə, dini mərasimlərdə İran dövlətinin və rəhbərlərinin qızğın təbliğatı davam etdi.

Bəlkə də hələ bir müddət belə davam edəcəkdi. Amma 44 günlük müharibədən sonra müttəfiqi Ermənistanın məğlubiyyətini sinirə bilməyən İran öz casuslarını hərəkətə keçirərək Azərbaycana qarşı qoymağa başladı. Bu məsələ ölkəmiz üçün təkcə dövlətçilik, milli təhlükəsizlik səciyyəsi daşımaqla qalmırdı, eyni zamanda namus-qeyrət davası idi. Qarabağın işğaldan azad olunmasına qarşı olmaq, hətta yüngülcə dodaq büzmək millətə, dövlətə qarşı xəyanət, ona düşmən kəsilmək demək idi. Casus şəbəkəsi məhz bu işə qol qoymuşdu. Bundan sonra onların fəaliyyətinə göz yummaq mümkün deyildi. Çünki bu, təkcə İrana rəğbət məsələsini aşaraq, Ermənistəna qahmar çıxmaq halına gəlmişdi.

Hazırda həbs olunan casuslar İranın analoji şəbəkəsinin 3-cü dalğasıdır. Taleh Bağırzadənin başçılıq etdiyi qrup ikinci dalğaydı. Bundan əvvəl isə İslam Partiyasının rəhbər şəxslərinin yolu həbsxanadan keçmişdi – yenə də casusluq üstə.

Xatırlayırsınızsa, “hicab aksiyası” və “Nardaran itaətsizliyi” olaylarından sonra həbs olunanlara görə İran “nəlbəkidə sunami” xarakterli aktlara qol qoymuşdu, İrana yaradıcılıq tədbirinə dəvət olunmuş iki günahsız gənc şairi (Fərid Hüseyn, Şəhriyar Del Gerani) həbs etmiş, zindana salmışdılar. İran rəhbərləri hərdən onları asacaqları barədə xəbərlər sızdırır, bu yolla Azərbaycan hökumətinə və ictimaiyyətinə təzyiq göstərərək, “psevdocasus”ları gerçək casuslarla mübadilə etmək istəyirdilər. Ancaq bu sevda baş tutmadı. Hansı razılıq əldə olundusa, şairlər 6 aydan sonra azad olundular, amma casusların bir xeylisi hələ də həbsdədir.

İndiki halda İran yenə də həmin fəndə əl ata bilər. Ona görə də Azərbaycan dövləti, konkret olaraq Xarici İşlər Nazirliyi İrana səfər edən adamları ehtiyatlı olmağa, səfərdən çəkinməyə çağırmalıdır ki, İran kəşfiyyatçıları onlardan bir qrupunu həbs edərək gerçək casuslarla dəyişmək fikrinə düşməsin.

İctimaiyyətin gözləntisi odur ki, özünü İranın casus şəbəkəsinin toruna salmış adamlar sonuncu nəfərinə kimi ifşa edilsin və bu tora birdəfəlik süpürgə çəkilsin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı”- Hakim qarşısında