Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75242
az

XƏBƏRDARLIQ! Ermənilər hücuma HAZIRLAŞIR- Bu dəfə Daşkəsən istiqamətində...

10:3720 Oktyabr, 2022
408
ÖZƏL BÖLÜM
  • A

Ermənistan silahlı qüvvələri yenidən Azərbaycan Ordusunun mövqelərinə qarşı hücuma hazırlaşır. Bununla bağlı sosial şəbəkələrin erməni seqmentində aktiv müzakirələr gedir. Bildirilir ki, Ermənistanın hərbi büdcəsini artırması yeni müharibənin mesajı kimi qiymətləndirilə bilər.

 

Azərbaycan əleyhinə təxribatçı çıxışların fonunda erməni hərbi birləşmələri növbəti dəfə silaha əl ataraq mövqelərimizi atəşə tutub.

 

Müdafiə Nazirliyinin bu səhər saatlarında yaydığı məlumata görə, oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman, Pəmbək və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

 

Azərbaycan Ordusu cavab zərbələri ilə qarşı tərəfi susdurub.

 

Bundan başqa, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusu cəmləşdirib.

 

Göründüyü kimi, 44 günlük müharibə və sentyabr döyüşlərindəki məğlubiyyətə baxmayaq, Ermənistan təxribatları davam etdirir. Növbəti toqquşmalara gəlincə, bəzi ekspertlər düşmənin Daşkəsən istiqamətində hücuma hazırlaşdığını düşünür.

 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki,  Ermənistanın atdığı addımlar baş nazir Nikol Paşinyanın ağılsızlığını göstərir:

 

“Ermənistan hökuməti normal, məntiqli addımlar atmadığı üçün nəsə proqnoz vermək çətindir. Ancaq deyə bilərik ki, Ermənistan Daşkəsən istiqamətində qoşun toplamaqla heç bir uğura nail ola bilməyəcək. Yenə də ağır zərbə alacaqlar, yenə də itkiləri olacaq, rəqəmləri gizlətmək məcburiyyətində qalacaqlar. İstənilən təxribata Azərbaycan Ordusu cavab verəcək. İtirən tərəf ermənilər olacaq. Həm də çox ağır şəkildə. Ümumilikdə isə Paşinyanın son addımları onun ağılsızlığından xəbər verir”.

 

Ehtiyatda olan polkovnikin sözlərinə görə, Rusiya və Fransa daxil olmaqla beynəlxalq güclər Paşinyandan istifadə edirlər. Onlar Ermənistanı yeni fəlakətə sürükləməyə çalışırlar.

 

“Avropa İttifaqının mülki missiyasının Ermənistana gəlməsi İrəvanı hansısa ağılsız addım atmaqdan çəkindirə bilər. Hər halda Ermənistan başa düşməlidir ki, onun üçün vəziyyət münbit deyil. Əgər bu dəfə də atışma olarsa, Ermənistanın itkiləri daha çox olacaq. Mən müharibə abu-havasını hiss etmirəm. Ancaq lokal münaqişə qaçılmazdır. Proseslər yeni toqquşmanın olacağına işarə edir”,- deyə Ü.Cəfərov vurğulayıb.

 

 

Hərbi ekspert Elxan Şıxalıyev bildirib ki, Ermənistan 44 günlük Vətən müharibəsindən sonra silahlı qüvvələrinin 60 faizini itirib. Ona görə də, indiki şəraitdə ordunu yenidən komplektləşdirmək haqqında düşünürlər.

 

Bununla belə, ekspert hesab edir ki, Ermənistanın ordusunu yenidən komplektləşdirməsi gələcəkdə Azərbaycana qarşı hücum planları ilə bağlıdır:

 

“Ermənistan indi atdığı addımlarla ordusunu gələcəkdə Azərbaycana qarşı dayanıqlı vəziyyətə gətirməyə çalışır. Ancaq Ermənistana hələ 20 il vaxt lazımdır ki, ordunu 2020-ci ilin 27 sentyabr tarixindəki vəziyyətə qaytarsın. Hazırda Azərbaycanın hərbi büdcəsi ilə Ermənistan hərbi büdcəsi arasındakı fərq üçdə bir nisbətindədir. Bu 20 il ərzində Azərbaycan Ordusu da yerində saymayacaq, daha da güclənəcək. Yəni bu baxımdan Ermənistanın bu addımları boşa atılıb”.

 

 

 

Elxan Şıxalıyev, həmçinin vurğulayıb ki, Ermənistan müharibə qabiliyyətini itirmiş olsa da, lokal hücumlara əl ata bilər:

 

“Ermənistanın azı 10 il ərzində bizimlə güc dilində danışmaq, müharibə etmək imkanı yoxdur. İndi sərhəddə yeni bölmələrin dislokasiya rayonlarını yaratmaqla müharibəyə hazırlıq görüntüsü verməyə çalışırlar. Ancaq bu mümkün deyil. Lakin kiçik təxribatlar törədə bilərlər. Xüsusən də atəşkəsi pozmaqla bizim birinci eşolon bölmələrimizdəki döyüş mövqelərimizdə yerləşən hərbçiləri atəş altında saxlaya bilərlər. Bununla da hərbçilərimizi yaralaya, şəhid edə bilərlər. Bu kimi addımları biz təmas xəttində gözləməliyik. Daşkəsən istiqamətində artilleriya qüvvələrinin yerləşdirilməsini isə ermənilərin sərhədi gücləndirilmək cəhdi kimi qiymətləndirmək daha doğru olar".

 

Ekspert düşünür ki, Avropa İttifaqının mülki missiyasının Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməsi erməniləri daha da ürəkləndirəcək:

 

“Avropa Birliyinin 40-50 nəfərlik mülki missiyasının Ermənistanda olması erməniləri ürəkləndirəcək. Onlar atəşkəsi pozacaqlar. Ancaq bütün məsuliyyəti Azərbaycan tərəfinin üzərinə yıxmağa çalışacaqlar. Bununla Avropanın mülki missiyasına Azərbaycanın təqsirli olduğunu göstərməyə çalışacaqlar. Lakin istənilən halda təxribatlar olsa, itirən tərəf yenə Ermənistan olacaq”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO