Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75036
az

Ermənistan dövləti necə yaradılıb?

22:2215 Oktyabr, 2022
520
ÖZƏL BÖLÜM
  • A

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən, Azərbaycan torpaqları Rusiya ilə İran arasında bölüşdürüldükdən və Azərbaycanın müstəqil dövlətləri-xanlıqlar aradan qaldırıldıqdan sonra Çar Rusiyası Azərbaycan xalqına qarşı cinayətə əl ataraq, ermənilərə “bəxşiş” verdi: Azərbaycan torpaqlarında (Naxçıvan və İrəvan xanlıqlarının əraziləri əsasında) “Erməni vilayəti” adlı qondarma inzibati idarə vahidi yaratdı.
  
Çar I Nikolayın “Erməni vilayəti”nin yaradılması haqqındakı sərəncamı 1828-ci il martın 21-də Azərbaycan xalqının Novruz bayramı günü imzaladı. Məhz Novruz bayramı günü Azərbaycan xanlığının ləğv edilib, bu torpaqlara köçürülüb gətirilmiş ermənilər üçün xüsusi bir vilayət yaradılması xalqımız üçün mənəvi təhqir idi.
 
“Erməni vilayəti”nin nə qədər qondarma bir qurum olduğunu belə bir fakt da sübut edir ki, Çar Rusiyası o zaman İran və Türkiyədən nə qədər erməni köçürüb gətirsə də, yenə də bu vilayətin əhalisinin 76,24%-i azərbaycanlı idi. “Erməni vilayəti”ndə 1125 kənd vardı. Onlardan 1111-i Azərbaycan kəndi idi və bu kəndlərdə ancaq azərbaycanlılar yaşayırdılar. Vilayətin qalan 14 kəndində isə azərbaycanlılarla qarışıq şəkildə köçürülüb gətirilmə ermənilər yaşayırdılar. Həmin kəndlərin bir çoxunun adları Azərbaycan-türk mənşəli idi.
 
Bununla belə, “Erməni vilayəti”ni yaratmaqla Çar Rusiyası yenicə işğal etdiyi Azərbaycan torpaqları ilə Osmanlı imperiyası arasında bir “xristian səddi” çəkdi. Eyni zamanda, tarixi Azərbaycan ərazisində gələcək erməni dövlətinin əsasını qoydu.
 
1836-cı ildə erməni Qriqorian kilsəsinin təhriki ilə müstəqil alban kilsəsi ləğv olundu. Çar Rusiyası tərəfindən himayə və müdafiə olunan ermənilər bu vaxtdan etibarən Azərbaycanda və Anadoluda türk-müsəlman əhaliyə qarşı kütləvi qırğınlara başladılar.
 
“Böyük Ermənistan” “doktrinası” ilə zəhərlənmiş erməni millətçiləri 19-cu əsrin sonlarında Qriqorian kilsəsinin “xeyir-duası” ilə daha mütəşəkkil fəaliyyətə başladılar. Çar Rusiyasının silahlandırdığı və digər böyük dövlətlər tərəfindən müdafiə olunan erməni-daşnak quldur dəstələri Şərqi Anadoluda və Azərbaycanda (həm Şimalda, həm də cənubda) türk-müsəlman əhalini kütləvi surətdə qurmağa başladılar. Naxçıvan, İrəvan, Zəngəzur, Qarabağ, Urmiya, Salmas, Xoy, Maku və digər yaşayış məntəqələrində yüz minlərlə Azərbaycan türkü, o cümlədən uşaqlar, qadınlar, qocalar məhv edildi.Bakıda hakimiyyəti ələ keçirən daşnak S. Şaumyan Birinci Dünya müharibəsi cəbhələrindən qayıdan erməni zabit və əsgərlərini səfərbərliyə alaraq Azərbaycan xalqına tarixin ən dəhşətli soyqırımlarından birini törətdi.
 
Birinci Dünya müharibəsinin başa çatması və Atatürkün Türkiyəni xilas etməsi erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq niyyəti iflasa uğradı. Bununla belə, o zamankı mürəkkəb tarixi şəraitdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti xoş məram nümayiş etdirdi. 1918-ci il mayın 29-da Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş Azərbaycan dövlətlərindən olan İrəvan xanlığının paytaxtı olmuş İrəvan şəhərini ermənilərin “bir siyasi mərkəzləri olması” xatirinə onlara güzəştə getdi.
 
Ermənilərə 100 il bundan əvvəl öz torpağında yer verən Azərbaycan bu dəfə onlara paytaxt şəhəri də bağışladı. Beləliklə, tarixdə ilk dəfə olaraq, 1918-ci ildə Cənubi Qafqazda – tarixi Azərbaycan ərazisində erməni dövləti yaradıldı.
 
Lakin daşnaklar bununla da kifayətlənmədilər. Növbəti xəyanət və növbəti dəfə torpaq qoparmaq üçün məqam gözlədilər. Azərbaycana Denikinin hücum təhlükəsi yarandıqda, ermənilər dərhal onun tərəfinə keçdilər və ağ qvardiyaçı generalı Azərbaycana dəvət etdilər. Bu “siyasət” iflasa uğradıqdan sonra da Azərbaycana qarşı yeni-yeni ərazi iddiaları qaldırdılar.
 
Sovet-bolşevik rejimi Çar Rusiyasının ənənəvi siyasətinin davamı olaraq erməniləri daim himayə və müdafiə edib. Ermənistan Sovet Sosialist Respublikasının yaradıldığı Qərbi Azərbaycan torpaqlarında bu torpaqların sahibləri olan azərbaycanlılara qarşı növbəti təqiblər və zorakılıqlar dövrü başlandı.
 
Sovet dövründə Azərbaycan torpaqları hesabına daim yeni-yeni ərazilər ələ keçirən ermənilər Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddialarını davam etdirdilər. Xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatlarına qarşı terror aktları həyata keçirildi. Dünya sosializm birliyinin və Sovet İttifaqının dağılması ərəfəsində qarşılarına Azərbaycandan yeni ərazilər, o cümlədən Dağlıq Qarabağı qoparmaq məqsədini qoymuş erməni-daşnak millətçiləri və terrorçuları yenidən fəallaşdılar.
 
M.Qorbaçovu ələ alan erməni millətçilərinin təhriki ilə 1918-20-ci illərdə olduğu kimi, Dağlıq Qarabağda sifarişlə separatçı-erməni terrorçularının qiyamı təşkil edildi. Eyni zamanda, Qərbi Azərbaycanın yerli sakinləri olan azərbaycanlıların tarixi vətənlərindən deportasiyası da başa çatdırıldı.
 
XIX yüzilliyin əvvəlində əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkü olan indiki Ermənistan Respublikasının ərazisində hazırda bir nəfər də olsunazərbaycanlı qalmamışdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO