Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74658
az

Azərbaycan orduusnun əməliyyata keçirdiyi məxsi \"Teleqüllə əməliyyatı\"nın ŞOK DETALLARI

18:1504 Oktyabr, 2022
747
  • A

“Vətən müharibəsində Cəbrayıl rayonu istiqamətinin yarılması Qarabağa açılan qapı oldu. Düşmən də gözəl anlayırdı ki, bu ərazilərin itirilməsi onların məğlubiyyəti, Şuşa zəfərinin başlanğıcı olacaq”.

Bu fikirləri "Report"un Cəbrayıl rayonuna ezam olunmuş əməkdaşına müsahibəsində Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) qazisi Rəşad Nəsibli deyib.

O bildirib ki, erməni silahlı bölmələri 30 ilə yaxın davam edən işğal dövründə güclü 28 istehkam qurmuşdular:

"Cəbrayılda ilk əməliyyata Lələtəpə istiqamətindən başlanıldı. Düşmən Cəbrayılı azad edəcəyimizi anladığından bütün artilleriya qüvvələrini bura cəmləmişdi. Burada bizim ilk şəhidimiz gizir İlkin Zülfüqarov oldu. Lakin bu, bizi qətiyyətimizdən döndərə bilməzdi. Lələtəpənin aşağı hissəsində erməni bölmələri sıx birləşmişdi. Biz hücuma keçən zaman onlar texnikalarını, silah-sursatını, döyüş maşınlarını qoyub qaçmağa başladılar. Növbəti günkü döyüşdə Beyrək Fezullayev şəhid oldu. O Beyrək ki, sınıq əli ilə 35 kiloqramlıq çantasına su və yemək əvəzinə, ancaq silah-sursat qoyaraq daşıyırdı. O, düşməndən azad etdiyimiz hər qarış torpağa görə sevinirdi. Döyüşlərdə XTQ-nin əfsanəvi taborundan gizir Ramiq Tağıyev də başından yaralandı. Lakin o, yarasını sarıyaraq döyüşə davam etdi. Cəbrayılda “Teleqüllə” deyilən yerin aşağı ətrafında düşmənin diversiya qrupları var idi. Onların məqsədi hücumumuzun qarşısını almaq idi. Lakin erməniləri məhv edərək “Teleqüllə”yə doğru yaxınlaşdıq. Bizə növbəti tapşırıq verildi ki, müəyyən bir qrup “Teleqüllə”dəki erməni bölmələrini atəşə tutsun, digər bölmələrimiz isə müəyyən manevr edərək oranı ələ keçirib, əraziyə tam nəzarət etsin. Düşmən də bütün gücünü burada saxlamışdı. XTQ-nin əfsanəvi, yəni 1-ci və 3-cü taborunun müəyyən hissəsi “Teleqüllə”yə hücum etdi”.


Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş XTQ-nin qazisi Şəhruz Tarverdiyev isə deyib ki, həmin vaxt düşmən ordumuza nisbətən daha yüksəkliklərdə mövqe tutmuşdu:

“Teleqüllə” uğrunda iki gün amansız döyüş getdi. Yaralılarımız oldu. Ermənistan silahlı qüvvələri 300-dən çox şəxsi heyətə malik olmasına baxmayaraq, 150-dən çox itki verərək geri çəkildi və Cəbrayıl şəhəri nəzarətimizə keçdi. Eyni zamanda xeyli hərbi qənimət ələ keçirdik. Bu qələbənin kadrlarını döyüş yoldaşım olmuş, “Qarabağ” ordenli, şəhid Şəhriyar Quliyev lentə aldı. O, kadrda zəfərdə payı olan şəxslərin bir qisminin, mən də daxil adını çəkir. Təəssüflər olsun ki, həmin kadrda olan bir çox döyüş yoldaşlarım şəhid oldular”.


"Vətən müharibəsindən 2 il keçməsinə baxmayaraq, düşmən yenə də silahlı təxribatlar törədir. 12-13 sentyabrda bunun şahidi olduq, lakin yenə uğursuzluğa düçar oldular. Onlar artıq başa düşdülər ki, 2 il də keçsə, 5 il də keçsə, 100 il də keçsə cənab Prezidentin dediyi kimi, "Dəmir yumruq" daima onların başını əzəcək", - R.Nəsibli vurğulayıb.


Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə R.Nəsibli “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "İgidliyə görə”, Ş.Tarverdiyev isə "Vətən uğrunda", "Şücaətə görə", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni alınan hərbi təyyarələr haqda ilginc faktlar: Bir ədədin qiyməti… – VİDEO
Rusiyanın bu silahı var imiş - Kreml rəsmi video yaydı
Azərbaycan orduusnun əməliyyata keçirdiyi məxsi \

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi