Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74305
az

"Qaçqınkom"un tikdiyi binalar necə satılacaq? - Hər şey aydın oldu

10:2328 Sentyabr, 2022
693
ÖZƏL BÖLÜM
  • A

Azərbaycanın Baş naziri Əli Əsədov “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası”nı təsdiq edib. Yeni sənəd inşası başa çatmış və hazırda tikintisi davam edən mənzillərin açıq auksion formasında keçirilən hərrac vasitəsilə satışı qaydasını müəyyən edir. 

Binalar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilib. Tikintisi davam edən binalar isə Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda yerləşir. 

Mənzillərin satış qaydaları haqqında məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək.

Şəxsin müraciəti qeydə alınarsa, mənzilin qiymətinin 5%-i dəyərində ilkin ödəniş olunur ki, bu da mənzil alınan zaman onun ümumi dəyərindən çıxılır. Bəs eyni mənzil üçün 2 və daha artıq şəxs ilkin ödəniş edərsə, proses necə tənzimlənir?

Prosesin gedişində vətəndaş mənzili almaqdan imtina edərsə, hərracın keçirilməsinə ən azı 3 gün qalmış elektron qaydada imtina ilə bağlı müraciət etməlidir. Əks halda ödədiyi beh geri qaytarılmayacaq. Təşkilatçı hərracın nəticələri haqqında məlumatı hərracın keçirildiyi gündən 15 iş günü müddətində mediada dərc etdirməli və özünün rəsmi internet səhifəsinə yerləşdirməlidir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi