Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
518
01.08.2022, 23:50
Rusiya-Ukrayna müharibəsinin şiddətlə davam etdiyi bir zamanda bütün dünya Putinin keçmiş müşaviri Anatoli Çubaysın başına gələnlərdən danışır. “New York Times” Rusiya-Ukrayna müharibəsindən sonra ölkəni tərk edən Çubaysın xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Çubaysın qaldığı otağın qoruyucu geyimli ekspertlər tərəfindən araşdırılması sui-qəsd iddialarını gücləndirib…
Aylardır ki, dünyanın gözü və qulağı Ukraynadan gələn xəbərlərdədir.
Musavat.com xəbər verir ki, “New York Times”ın yaydığı xəbərə görə, bir vaxtlar Rusiya prezidenti Vladimir Putinin müşaviri olmuş Çubays təcili xəstəxanaya yerləşdirilib.
“ƏLLƏRİ VƏ AYAQLARI ANİDƏN KEYİMƏYƏ BAŞLAYIB”
Onun həyat yoldaşı Avodtya Smirnova rusiyalı jurnalist Kseniya Sobçaka bildirib ki, Çubays qəfildən əllərində və ayaqlarında keyimə hiss etməyə başlayıb.
Smirnova, həmçinin bildirib ki, ona nadir rast gəlinən Guillain-Barre sindromu diaqnozu qoyulub.
QALDIĞI OTAQ XÜSUSİ QRUP TƏRƏFİNDƏN YOXLANIB
“New York Times”ın Sobçaka istinadən yaydığı xəbərlərdə Çubaysın qaldığı otağın kimyəvi qoruyucu kostyum geyinmiş ekspertlər tərəfindən yoxlandığı barədə məlumat da yer alıb.
Bu isə zəhərlənmə ehtimalı kimi şərh edilib və sui-qəsd iddialarına səbəb olub.
“The New York Post” şərh edib ki, Aleksey Navalnı kimi Kreml dissidentlərinin keçmişdə müəmmalı və qəfildən xəstələndiyini nəzərə alsaq, Çubaysın vəziyyətinin pisləşməsi şübhə doğurur.
“The New York Post” qəzeti Çubaysın Avropa xəstəxanalarından birində müalicə olunduğunu yazıb, lakin ölkənin adını açıqlamayıb.
MÜHARİBƏDƏN SONRA İSTEFA VERMİŞDİ
Çubays fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra istefa verən yüksək vəzifəli şəxslərdən biridir. Mart ayında tutduğu vəzifədən istefa verdiyini açıqlayan Çubaysın Rusiyanı tərk etdiyi məlum idi.
PUTİNİN SAĞ QOLUNA QARŞI SUİ-QƏSD İDDİASI
Xatırladaq ki, ötən həftələrdə də analoji iddia irəli sürülmüşdü. Britaniyanın “Daily Mail” qəzeti Rusiya Təhlükəsizlik Şurasının rəhbəri, Rusiya lideri Vladimir Putinin sağ əli kimi tanınan Nikolay Patruşevə qarşı sui-qəsd planı hazırlandığını iddia etmişdi.
“SİNTETİK ZƏHƏRLƏ ÖLDÜRMƏYƏ ÇALIŞIBLAR”
Kremldəki mənbəyə əsaslanan xəbərə görə, çox güclü fiqur kimi önə çıxan Patruşev zəhərlənib.
Adını açıqlamayan mənbə Patruşevin sintetik maddədən zəhərləndiyini bildirib və onun xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Sui-qəsdlə bağlı dəqiq vaxt açıqlamayan mənbə bildirib ki, Patruşev sağ qala bilib.
14:30 / 24 Oktyabr 2026
1
14:22 / 24 Oktyabr 2026
42
14:19 / 24 Oktyabr 2026
45
14:15 / 24 Oktyabr 2026
46
14:08 / 24 Oktyabr 2026
53
14:03 / 24 Oktyabr 2026
145
13:54 / 24 Oktyabr 2026
57
13:45 / 24 Oktyabr 2026
61
13:39 / 24 Oktyabr 2026
247
13:23 / 24 Oktyabr 2026
658
13:13 / 24 Oktyabr 2026
482
13:02 / 24 Oktyabr 2026
70
13:01 / 24 Oktyabr 2026
83
12:58 / 24 Oktyabr 2026
169
12:29 / 24 Oktyabr 2026
128
12:24 / 24 Oktyabr 2026
174
12:15 / 24 Oktyabr 2026
80
12:13 / 24 Oktyabr 2026
181
12:06 / 24 Oktyabr 2026
509
11:49 / 24 Oktyabr 2026
898
11:42 / 24 Oktyabr 2026
372
11:38 / 24 Oktyabr 2026
111
11:34 / 24 Oktyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.