Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71340
az

Erməni şair onun haqqında kitab buraxdı - Əri Elnarə Abdullayevanı niyə döyüb? - Xanəndə haqda bilmədikləriniz

23:4428 İyun, 2022
8006
  • A

Kasıb bir kəndin kasıb bir ailəsinin doqquz uşağından biri idi, qaloş geyinib oxudu, bir gün Heydər Əliyev Sarayına ayaq açdı, ancaq heç vaxt kəndi, təbiəti özündən uzağa buraxmadı. Biri var, Səsi və xarakteri ilə hər zaman diqqətdə olan xanəndə Elnarə Abdullayeva...

Elnarə Abdullayeva 1972-ci ilin iyunun 17-də Qobustanın Çuxanlı kəndində kasıb ailədə dünyaya göz açıb. Özü açıqlamalarında deyir ki, qaloş geyinib, ifaçılığa başlamışam. Özümü göstərib sənətə gəlməmişəm”.  9 uşaqlı ailədə böyüyüb. Asəf Zeynallı adına musiqi məktəbini və Mədəniyyət v İncsənət Universitetini oxuyub. Ağaxan Abdullayevin tələbəsidir. 2006-cı ilə qədər Elnarə Abdullayeva sənətdə çox da gözə dəymirdi. 2000-ci illərdə Gilan albom şirkəti ilə müqavilə bağlayaraq "Elnarənin Musiqi Dünyası" adlı ilk albomunu çıxarır. 
2015-ci ildə Heydər əliyev sarayında ilk solo konserti baş tutdu. Daha sonra 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülür. 2016-ci ilin mart ayında 3 gün Heydər Əliyev sarayında növbəti konserti baş tutur.

Onun ifasına birmənalı deyil. Bəziləri onun səsinə mərsiyəyaxan səsi deyir, səsindəki yanğını ağı ağrısını musiqiyə aid etmir. Ancaq belə düşünənlərdən daha çox Elnarə Abdullayevin səsinin vurğunları var və bu adamların sayı gündən-günə artır. 

Mərsiyə məsələsinə münasibət bildirərkən, xanəndə bundan narahat olmadığını deyib:
“Məni belə kədərli oxumağa ermənilər vadar edib. O vaxt Qarabağdan şəhid xəbərləri gəlirdi. Mən də onda səhnəyə təzə-təzə çıxırdım. “Ya Həzrət Abbas” şeirinə muğam oxudum. Bu gün də onunla fəxr edirəm. Yəni onu mərsiyəyə oxşadırlarsa, burda pis nə var ki... Əgər mən şəhidlərimizə layla və ya ağı üslubunda, tərzində oxumuşamsa, nə xoş halıma
Elnarənin fikrincə ailə sevgiylə yox, ağılla, imanla qurulmalıdır. 

O, 25 yaşında evlənib. Tarzən və ustadı Mehman Mikayılovun evinə gedərkən işlə indiki qayınanası onu orda görür və bəyənir. Və beləliklə Elnarə özünün dediyi kimi sevgi ilə deyil, ağılla, imanla ailə qurub. Əri Elxan Mehman Mikayılovun qaynıdır. Müsahibələrinin birində bildirir ki, 10 il eyni ayaqqabını geyib. Elə gün olub ki, normal yemək belə tapmayıblar, ancaq xanəndə deyir ki, bütün bunlar normal haldır. Bütün dünya qurban olsun, həyat yoldaşımın bir dırnağına.

Elnarə Abdullayevanın özünün belə ehtiyacı olduğu halda öz hesabına doğma kəndi Çuxanlıya su çəkdirib. Bu layihə sadəcə bir bulağın üstündə baidə ucaltmaqdan ibarət deyildi. O, bir neçə bulaqdan kəndə böyük bir arx çəkdirir, su anbarı tikdirir və kəndi daimi su ilə təmin edir. Bütün bunları isə o, problem yaşadığı illərdə etdiyi bir əhdə görə həyata keçirirmiş. O, həmi illərdə əhd edibmiş ki, mənə verəcəyin bərəkəti insanlara paylamaq üçün möhlət ver.
Bir müddət sonra həmin bulaqların quruması ilə bağlı şaiyə yayılır və şaiyə olaraq qalır. 

Elnarə Abdullayeva açıqlamaları ilə daim köhnə fikirli bir adam kimi diqqət çəksə də, onun daim bir mərdanəliyi, şuxluğu var ki, bu da ona insanlarda simpatiya bayardır. Onun Allahla arasındakı münasibət o qədər dürüstdür ki, bu dürüstlük onu heç vaxt insanların qarşısında başaşağlıq gətirmir. Bütün açıqlamalarında dediyi kimi, onun da Allahdan istədiyi elə budur. Biz də yaxınlarda 50 yaşını qeyd edəcək xanəndəyə Allahdan bunu diləyirik.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ötən gün aşkarlanan silah-sursatın sayı açıqlanıb