Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
3204
26.06.2022, 18:51
Azərbaycanda aktrisa sözü dilə gələndə ilk yada düqşən 3 sənətkardan biridir. Azərbaycan filmində səsi və və obrazı ilə unudlmaz mövqe tutdu.
Biri var idi, Öldüyü günə qədər cazibəsini itirməyən xalq artisti Amaliya Pənahova...
Amaliya Əliş qızı Pənahova 1945-ci il iyunun 15-i Gəncə şəhərində anadan olub. Ailədə üç uşaq olublar. Amaliyanın on yaşı olanda ailəsi ilə birgə Bakıya köçüblər. 1966-cı ildə on yeddi yaşı olanda Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisası fakültəsinə daxil olub. Elə həmin il də gələcək həyat yoldaşı Yusiflə tanış olub ailə qurublar. Onların bir oğlu, bir qızı dünyaya gəlib. Yusif bəy Amaliya xanımın əlindən tutub teatra gətirən insan olub.
1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rollar aktrisaya böyük populyarlıq gətirir.
18 yaşı olanda İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasına Nargilə roluna dəvət olunur. Tofiq Kazımovun quruluşunda təqdim olunan bu tamaşa ona çox böyük uğur gətirir.
Babək filminin çəkilişləri zamanı Amaliya xanım Pərvin roluna çəkilən, Qazaxıstandan dəvət olunan aktrisa Tamara Yandiyevanın bu rola çəkilməsini istəməyib. Ona görə də çəkilişlər zamanı aktrisaların münasibətləri yaxşı olmayıb.
“Bəbək” filmində çəkildiyi Zərnisə obrazı ilə Azərbaycan kino tarixinə ən açıq səhnələrdə rol alan aktrisalardan biri kimi düşüb.
1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adı verilib.
1982-ci ildə ilin aktrisası elan edilir, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunur.
Aktrisa həmçinin rejissor kimi də özünü sınayır. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan "Mənim günahım", M. Muradın "Təkan", "Sənsiz", "Tomris", "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.
1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb
Həmçinin oxuyun
“Təhminə” filmi çəkilən zaman aktrisa güman edir ki, filmin rejissoru Rasim Ocaqov onu Təhminə roluna dəvət edəcək. Lakin Təhminə roluna türkiyəli aktrisa Meral Konrat dəvət olunur. Türkiyədə festivalda olan zaman Rasim Ocaqov Amaliya xanımı böyük sənətkar kimi təqdim edib tərifləyərkən Amaliya xanım etiraz edir. Müsahibələrinin birində Amaliya xanım deyir:
“Çıxışını bitirəndən sonra Rasim müəllimə dedim ki, düz demirsiniz, gözünüzdə böyük olsaydım, heç olmasa “Təhminə”də məni sınaq çəkilişlərinə dəvət edərdiniz. Yoldaşım da yanımdaydı. Dedi, səni necə çəkəydim, yoldaşından qorxdum, açıq-saçıq səhnələr vardı. Amma o, səhnələrdə nə vardı axı? Onu elə başa salacaqdım, heç istəməyəcəkdi o səhnəni çəksin”.
Sağlığında hər şeyi etdi. Amaliya xanım danışırdı ki, teatrda nə qədər qalmaqallar olub. O vəziyyətdən necə çıxıb. Onunla ölümündən əvvəl telefon vasitəsi ilə danışdıq, halallaşdıq. Xırda söz-söhbətimiz oldu. Amma hər şeyə görə bu həyatda ona çox sağ ol demişəm. Mərd xanım idi. İnsanlar məndən üz döndərəndə, xalq düşməni hesab edəndə dəstək olan beş-altı nəfərdən biri idi. Ondan heç gözləməzdim. Amaliya xanım utanmadan, çəkinmədən Kürdəxanıya gəldi. Kağızları tökdü və yaradıcılıq haqda müzakirə apardıq. Dedim, Amaliya xanım, daha gəlməyin, cavab verdi ki, biz dostuq, bu nə söhbətdir. 36 gün həbs həyatı yaşadım. O hadisə həyatımı çox dəyişdi, bütün ətrafımı sildim, iki-üç nəfəri çıxmaq şərti ilə".
Amaliya xanım 2018-ci il noyabrın 8-də 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişir. Qurd qapı məzarlığında dəfn edilir. Onun vəfatından dəfninə qədər keçən qısa müddətdə ölkədə ən çox danışılan məsələ Amaliya Pənahovanın Fəxri Xiyabanda dəfn olunacağı ilə bağlı olsa da, Xalq artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırıldı.
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.