Qaynar xətt:

(+99450) 247 90 86

Xidmətdə olan əsgər Bakıda necə avtoşluq edib? - Görün kimin oğlu imiş 

Xidmətdə olan əsgər Bakıda necə avtoşluq edib? - Görün kimin oğlu imiş 

ÖZƏL BÖLÜM

1183

24.05.2022, 20:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə hərbi xidmət yerini tərk edərək Bakıda avtoşluq edən əsgərin görüntüləri yayılıb.

Oxu24.“com  Qafqazinfo”ya istinadən xəbər verir ki, avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. Əziz Məlikov özü isə “TikTok” sosial şəbəkəsindəki əyləncəli videoları ilə məşhurdur.

Soltanpaşa Məlikovun, həm də bizneslə məşğul olduğu bildirilir.

Xatırladaq ki, Əziz Məlikov Nəsimi rayonu Cavadxan küçəsində "Chevrolet Cruze" markalı avtomobillə avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə xidmət keçir.

Hadisə ilə bağlı Müdafiə Nazirliyi də məlumat yayaraq əsgərin hərbi hissəni özbaşına tərk etdiyini və barəsində cinayət işi qaldırıldığını bildirib.