Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2384
11.05.2022, 20:38
Bu dəfə sizə Füzulidən Şuşaya qədər gedən döyüşlərdə düşmənə qarşı son damla qanına kimi vuruşan qəhrəman əsgərimizdən danışacağıq. Masallı rayonunun Böyük Xocavar kəndindən Vətən müharibəsinə könüllü qatılan Məhəmməd Əliyev. O, böyük zəfərə bir neçə saat qalmış Şuşada şəhidlik məqamına yüksələn igid vətən oğludur. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə keçib. Uşaqlıqdan hərbiyə marağı olub.
Vətəni canından çox sevən, onun yolunda canından keçməyə hazır olan Məhəmməd Əliyev xidmətini layiqincə bitirdikdən sonra hərbidə qalıb, işləmək qərarını verir. Amma üç bacının bir qardaşı olduğuna görə ailəsi buna razı olmur. Vətən müharibəsi başlayanda isə Məhəmmədi döyüşlərə qatılmaqdan heç kim saxlaya bilmir və könüllü olaraq müharibə yollanır.
Məhəmməd həm hərbi xidmətdə, həm də müharibə zamanı döyüş yoldaşları, komandirləri ilə çox gözəl münasibət qurmağı bacarıb. Komandiri şəhid haqqında ailəsinə deyib ki, Məhəmməd döyüş zamanı onun qabağına keçərək, "sənin övladın var, mən subayam, mən gedəcəyəm qabağa" deyirmiş. Ən qızğın döyüşlərdə irəlidə gedən, sinəsini sipər edən qəhrəmanımız Şuşanın alınması xəbəri veriləndən bir neçə saat sonra əks hücum zamanı snayperlə vurulub. Məhəmməd Əliyev qələbənin bir addımlığında, Şuşa şəhərində 21 yaşında şəhidlik zirvəsinə ucalıb.
Məhəmməd Əliyev Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın, Xocavəndin və Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
19:02 / 29 Oktyabr 2026
15
18:46 / 29 Oktyabr 2026
52
18:39 / 29 Oktyabr 2026
60
18:32 / 29 Oktyabr 2026
53
18:21 / 29 Oktyabr 2026
58
18:05 / 29 Oktyabr 2026
95
17:55 / 29 Oktyabr 2026
113
17:50 / 29 Oktyabr 2026
445
17:48 / 29 Oktyabr 2026
85
17:43 / 29 Oktyabr 2026
16806
17:36 / 29 Oktyabr 2026
90
17:30 / 29 Oktyabr 2026
179
17:29 / 29 Oktyabr 2026
114
17:20 / 29 Oktyabr 2026
97
17:06 / 29 Oktyabr 2026
210
16:59 / 29 Oktyabr 2026
244
16:56 / 29 Oktyabr 2026
123
16:53 / 29 Oktyabr 2026
554
16:50 / 29 Oktyabr 2026
611
16:48 / 29 Oktyabr 2026
116
16:45 / 29 Oktyabr 2026
70
16:44 / 29 Oktyabr 2026
136
16:40 / 29 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.