Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68162
az

SON DƏQİQƏ! Mühüm postlar Azərbaycan Ordusunun nəzarətinə keçdi

21:4511 Aprel, 2022
3710
ÖZƏL BÖLÜM
  • A

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağın Ağdərə rayonundakı erməni silahlıları 13 postdan sıxışdırılaraq çıxarılıb.

Oxu24.com xəbər verir ki,Bu barədə Caliber.az saytının hazırladığı video sujetdə deyilir. Bildirilir ki, son aylar ərzində Ağdərə istiqamətində yalnız bir məntəqədən separatçılar 2020-ci ilin noyabrında tələsik tikdikləri 13 postdan sıxışdırılaraq çıxarılıblar.

Vəziyyəti şərh edən hərbi müxbir qeyd edir ki, son vaxtlara qədər erməni terrorçularının nəzarətində olan mövqelər hazırda Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və separatçılar bir neçə kilometr geri çəkilərək Rusiya sülhməramlılarının arxasında gizləniblər.

Məsələ ilə bağlı APA TV-nin suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev bildirib ki, erməni silahlılarının Azərbaycana qarşı təxribatları bitmək bilmir və Rusiya sülhməramlıları  üzərilərinə düşən vəzifələri icra etmirlər. O əlavə edib ki, həm Ağdərə, həm də Ağdərə istiqamətində ordumuzun fəaliyyətini Rusiya sülhməramlılarının erməni silahlılarını himayə etməsinə, onları ərazidən çıxarmamasına qarşı adekvat cavab kimi dəyərləndirmək olar: “Birgə bəyanatın imzalanmasının üzərindən 17 ay keçməsinə baxmayaraq, bugünkü günə qədər Rusiya sülhməramlıları ərazilərimizdən bir dənə də olsun erməni silahlısının və ya erməni texnikasının çıxarılmasına dair vizual faktları təqdim etməyib. Bu barədə heç quruca bəyanat da yoxdur. Bəyanatın müddəti 5 ildir. Bu müddət ərzindən erməni silahlıları çıxarılmayıbsa, bundan sonra da onların çıxarılacağını ehtimal edə bilmirik. Buna görə də artıq ordumuz erməni silahlılarının Qarabağdan çıxarılması əməliyyatlarına başlamağa məcbur olub. Əfsuslar olsun ki, sülhməramlılar üzərlərinə düşən vəzifələri icra etmirlər, özlərindən erməni silahlılarının xilaskarı obrazını yaratmaqla məşğuldurlar”.

Hərbi ekspert onu da əlavə edib ki, proseslər bu istiqamətdə davam edərsə, sülhməramlılar erməni silahlılarının zərərsizləşdirilməsinə və Azərbaycan əsgərlərinin yeni mövqelərdə yerləşməsinə seyr etməkdə davam edəcəklər. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR