Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59527
az

SENSASSİYA! İran Bakıda agentura şəbəkəsi yaradıbmış - Deputat detalları açdı

20:1711 Oktyabr, 2021
1963
ÖZƏL BÖLÜM
  • A

"Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsindən sonra yeni reallıqlar yaranıb. Artıq bütün dünya ölkəmizin qələbəsini qəbul edir və yeni reallıqlara uyğunlaşır. Çox təəssüf ki Azərbaycanla hər zaman dost və mehriban qonşuluq münasibətlərində olan İran bu gün Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir".

Oxu24.com xəbər verir ki, Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, İranın Azərbaycan əleyhinə həyata keçirdiyi siyasətin və apardığı kampaniyanın kökündə böyük böhtan və qərəz dayanır:

"Rəsmi Tehran Azərbaycanın tarixi naliyyətini qəbul edə bilmir. O İran ki, özünü islam respublikası adlandırır. Amma Ermənistanın müsəlman ölkəsi olan Azərbaycan torpaqlarını işğala məruz qoyduğu zaman, Azərbaycan ərazisində mövcud olan bütün infrastrukturun, sosial obyektlərin, evlərin darmadağın edilməsində birbaşa iştirak edib.

Bu ölkənin vətəndaşları vaxtilə işğal altında olan ərazilərdə ermənilərlə birgə evlərin sökütüsünü həyata keçirib, tikinti materialları kimi İrana daşıyaraq, orada xüsusi bazarlarda satışını təşkil ediblər.

Onlar bununla kifayətlənməyiblər, İran elə həmin dövrlərdə ermənilərlə birgə Azərbaycanda meşələrin qırılmasında, ekologiyaya ziyan vurulmasında birbaşa iştirak edib. Həmçinin Azərbaycanla sərhəd ərazilərdə, tarixi Azərbaycan torpaqlarında qeyri-qanuni əkin-biçinlə məşğul olublar, mal-qoyun saxlayıblar. Bu, yolverilməzdir".

Deputat qeyd edib ki, uzun müddət İran dini liderinin xüsusi nümayəndəsi kimi Azərbaycanda fəaliyyət göstərən Əliəkbər Ocaqnejat bu illər ərzində Azərbaycanda sadəcə xüsusi agentura şəbəkəsinin yaradılması ilə məşğul olub:

"Hüseynçilər hərəkatı, İslam Partiyası, Müsəlman Birliyi Hərəkatı və s. zərərli təriqətlərin kurasiyasını həyata keçirib. Bu, birbaşa İranın Azərbaycana qarşı qərəzidir. Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi bütün bu ittihamları rədd edir, İran tərəfinin ermənilərlə birgə Azərbaycanın tarixi torpaqlarında həyata keçirdiyi vandallıqları və dağıdıcı missiyasını ifşa edir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi açıqlama: Saatlıq əməkhaqqı necə hesablanacaq? +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Rəisinin ölümü ilə bağlı daha bir ŞOK: Pilot bunları deyibmiş +VİDEO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
DİN-dən bu şəxslə bağlı əhaliyə müraciət etdi- FOTO