Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54257
az

Ucar Rayon Xəstəxanasında biabırçılıq: Baş həkim  işə gecikir,müavini isə başının xarab olduğunu deyir

17:2220 May, 2021
4608
ÖZƏL BÖLÜM
  • A

Ucar Rayon Mərkəzi Xəstəxanasında həkim özbaşnalığı davam  edir. Baş direüktor işə gecikir,müavini xəstəxanada at oynadır.

Oxu24.com xəbər  verir  ki, Mərkəzi Xəstəxanada nizam-intizamda ciddi problemlər yaşanır. Saytımızın baş  redaktoru xəstəxanada həkim özbaşnalığı və qanun pozuntuları ilə qarşılaşıb.

Baş redaktorun sözlərinə  görə, sənəd işləri ilə bağlı xəstəxanaya gedib. Bu zaman baş direktorun müavini Xaləddin həkimin özbaşınalığı ilə qarşılaşıb.

"Bu gün səhər saatlarında Ucar Rayon Mərkəzi Xəstəxanasına getdim. Əlimizdə  xəstəxanada yatmaq üçün möhürlü sənəd olduğu halda baş direktorun müavini bizi yalnış olaraq Göyçaya yönləndirməyə çalışdı. Ona bildirdim ki, Bakıdan verilən rəyə əsasən xəstə  yaşadığı ərazidə statsionar müalicə almalıdır.

Xaləddin doktor, bunun mümkün olmadığını bildirdi  və "mənim başım xarab olub,gedin Göyçaya", deyərək  bizi  otaqdan çıxardı.Onların özbaşına əməlləri ilə artıq 4-cü dəfədir ki, qarşılaşıram və  hər  dəfə də TƏBİB-ə məlumat  vermişəm.Hər dəfə də bunların qanunsuz əməlləri TƏBİB nümayəndəsinin müdaxiləsindən sonra yoluna düşmüşdü.

Mən həkim özbaşnalığı barədə  xəstəxananın  baş  direktoru  Zeynal  Bayramlı ilə  görüşmək istəsəm də onu  işdə tapa bilmədim. Saat 10-dan etibarən xəstəxanada idim. Baş direktor saat 12-də işə gəldi  və  məni  qəbul etməkdən  imtina  etdi  və  mühafizəçiləri bizə hücum çəkdi. Bu özbaşnalıq barədə  TƏBİB-ə müraciət etdikdən  sonra məcbur qalan  baş  direktor xəstəxanada yatmaq üçün lazımı olan sənədi  imzaladı.

Mən mətbuat vasitəsi ilə TƏBİB sədri hörmətli  Ramil Bayramlıya  müraciət edirəm. Ucar rayon xəstəxanası bazara çevrilib. Baş direktor və müavini burada öz mülkü kimi davranır.Sizə sual edirəm: Rəsmi möhürlə təsdiqlənmiş sənədi  Ucar rayon Mərkəzi Xəstəxanası  niyə  icra  etmir?.Bu hələ tam deyil.

Dövlət tərəfindən Ucar rayonunda müasir xəstəxana tikilsə də istifadə olunmur. Yeni tikilən binadan inzibati  bina  kimi  istifadə olunur  və  xəstəxananın  əsas  heyyyəti poliklinikada yerləşdirilib.Sual yaranır. Bu böyüklükdə inzibati  bina  yalnız  baş  direktorun  oturması üçün  nəzərdə  tuutlubmu? Ümid edirəm ki,TƏBİb rəhbərliyi  bu  özbaşnalıqlarla  bağlı  açıqlama verəcək", deyə  jurnalist  qeyd  edib.

Ucar Rayon Mərkəzi Xəstəxanasında  hökm sürən özbaşnalıqlarla bağlı növbəti yazıları təqdim edəcəyik.

Oxu24.com

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi