Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53021
az

Ucarda icra başçısı qazini qapıdan qovdu: Adın qazilər siyahısında yoxdur dedilər - VİDEO

09:5124 Aprel, 2021
8038
ÖZƏL BÖLÜM
  • A

44 günlük Vətən Müharibəsi zamanı xalqla dövlət birlik  və vəhdət göstərək birlikdə  qalibiyyətin əsasını qoydu. Müharibə bitdikdən sonra Dövlətin, xüsusilə ölkə rəhbərinin şəhid ailələrinə,qazilərə  diqqəti danılmaz faktdır. Amma təəssüflər olsun ki, bəzi qurumlar,yaxud məmurlar ölkə rəhbərinin başçılığı ilə  aparılan işlərə  kölgə  salmaqdadır.

Müharibədən sonra  qazilərə  diqqətin  artırılması  üçün  bir  çox  işlər  görülüb. Maddi yardımların  verilməsi, Yaşat Fondunun  təsis  edilməsi  və s. kimi  işlərin Dövlətin  həyata  keçirdiyi müsbət  işlər  kimi  təqdirəlayiq  haldır.

Amma  bu  yetərlidirmi? Bütün  qazilərə  diqqət eynidirmi? Əlbəttə yox! Sosial şəbəkələrdə  və  yerli  mətbuatda  zaman-zaman  qazilərin  şikayətinə  rast  gəlinir. Maraqlısı  budur  ki, əksər  qazilərin  şikayəti  sosial  təminatla  yanaşı onların  adının  qazilər  siyahısına  salınmaması  və  onların  qazi  kimi  qeydiyyata  alınmaması  məsələsidir. Sual yaranır: Müharibədə  yaralanan  əsgər necə  olur  ki, qazi statusunu ala bilmir? Bu problemi  süni  şəkilıdə  yaradanlar  kimdir,onlar  kimə  qulluq edir?

Elə dediklərimizin əyani  sübutu  kimi  bu günlərdə  Oxu24.com  saytına  müraciət  edərək  kömək  istəyən  Ucar  rayonu,Qarabörk kənd  sakini Əliyev Əlislam  onun adının  qazilər  sırasında  olmamsınadan  və  diqqətsizlikdən  şikayətlənib.
Vətən  Müharibəsi  başlayan  zaman  könüllü  olaraq  döyüşlərə  qatılan  Əlislam  Əliyev Suqovuşan  istiqamətində  gedən  döyüşlər  zamanı  qəlpə  yarası  və  ağır  travma  alıb. 10 gün  müddətində  Naftalanda  müalicə  aldıqdan  sonra  yenidən  döyüşlərə  qatılıb. 44 günlük  vətən  müharibəsi  bitdikdən  sonra  ordudan təxris olunaraq  doğulduğu  Ucar  rayonuan  qayıdıb.

Qazinin  başına  gələnləri  özünün  dilindən  eşidək:

 

 

“Döyüşlər  bitdikdən  sonra  Ucara  qayıtım. İlk aylarda  hamı  bizi  qəhrəman  kimi  qarşıladı,çox  vədlər  verildi. Amma  bir neçə vaxtdan  sonra  verilən  bütün  vədlər  unuduldu. Ucar  Rayon İcra  Hakimiyyəti  rəhnbəri  məni  qapıdan qovub  və  qəbul  etməyib. Əmək və  Əhalinin  Sosial  Müdafiə  Nazirliyinin  Ucar  Rayon  şöbəsində  dəfələrlə  olmuşam. Yaan  vədlər  verməklə  vaxtı  uzadıblar. Hara gedirəm, mənə  deyirlər  ki,  sənin  adın  qazilər  sırasında  yoxdur. Sual verirəm ki, bunun  günahı  kimdədir? Mənim bütün sənədlərim qaydasındadır. Amma  Müdafiə  Nazirliyi  adımı  qazilər  siyahıısna  salmır.”.

Qazinin  problemi  bununla  bitmir. Əlislam  Əliyev  bildirir ki,  müalicə  almaq üçün  Silahlı Qüvvələrin  Baş Kliniki  Hospitalına  getsə də, onu  qəbul  edən  olmayıb.

“Yaramla bağlı  Papanindəı yerləşən hospitala getdim.Orda mənim üzümə  baxıb  dedilər ki, sənə heç  nə  olmayıb,sağlamsan.Üstəlik  bildirdilər  ki,  sənin adın  qazilər  siyahıısnda  yoxdur.Bu günə kimi  çıxılmaz  vəziyyətdə  qalmışam. Yazdığım məktublara  da  cavab  verən  yoxdur.”

Əlacsız  qazi  köməyi  ölkə  rəhbərliyindən  istəyib.

“Mən görürəm ki,  bu məmurlar  bizim  məsələlərə  baxan  deyil. Ona görə  də  mən Ali Baş  Komandan, cənab  İlham  Əliyevdən  kömək istəyirəm. Müharibəyə  mən  Ali  Baş  Komandanın çağırışı  ilə  könüllü  qatılmışam.  Bu  gün  də  onun  ətrafında  bir  qazi  olaraq  varam. Xahiş  edirəm  ki, mənim  bu  problemlərimin həllində  kömək  edəsiniz.”

Biz media  qurumu  olaraq  bir  köməksiz  qazinin səsini  sizə çatdırdıq. Ümid  edirik  ki,  aidiyyatı  qurumlar tezliklə  bu qazinin  səsinə  səs  verəcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ