Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1770
29.03.2021, 21:40
“Virus mutasiya etməkdə davam edir. Hər bir mutogen forma yeni xassə alır. Son mutagen formalar, o cümlədən Britaniya ştammı və digərləri də var ki, onların hamısı bütün ölkələrdə yüksək səviyyədə araşdırılmır. Müəyyən məlumatlara görə, koronavirusun 200-dən çox mutasiyaya uğrayan ştammları var. Onların bəziləri tamamilə zəif, bəziləri isə kifayət qədər aqressiv, yoluxuculuq potensialı yüksəkdir”.
Oxu24.com xəbər verir ki, Bu sözləri Publika.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, xəstəliyin ayrı-ayrı adamlarda müxtəlif cür keçməsinin səbəblərindən biri də məhz virusun hazırda yoluxuculuq qabiliyyətinin yüksək olmasıdır: “Buna görə də ayrı-ayrı ölkələrdə yoluxma sayının artması, ölüm göstəricilərinin çoxalması qeyd olunur. Bütün ölkələr İngiltərə kimi araşdırma aparmır. Güman ki, başqa ölkələrdə də virusun mutasiya etmiş növləri var. Bu cür ştammlar böyük yoluxuculuq potensialına malikdir. Virusda mutasiya getdikcə, onun tərkibində amin turşularının yeri dəyişdikcə yeni xassələr alır və ya zəifləyir, ya da güclənir və s. Bu ştammların isə yoluxuculuq qabiliyyəti yüksəlib, onun letallıq qabiliyyəti də nisbətən artıb. Ona görə də biz hazırda başqa mənzərə görürük”.
A.Qeybullanın sözlərinə görə, zamanında gənclərdə, uşaqlarda virus subklinik formada, yəni əlamətsiz keçirdisə, hazırda virusun klinik əlamətləri göz önündədir: “Ona görə də yəqin ki, epidemioloji vəziyyət pisləşərsə, sərt karantin tədbirlərinə əl atmalıyıq. Sərt tədbirlər epidemioloji vəziyyətə bağlıdır. Burada insanları xilas etməkdən söhbət gedir, bunlar arzu və ya kaprizlə həll oluna biləcək məsələlər deyil. Buna görə də ölüm halının və yoluxmanın sayını azaltmaq, ümumilikdə genefondu xilas etmək üçün müəyyən tədbirlərə əl atmaq zərurəti ola bilər. Çünki artıq Avropada epidemioloji vəziyyətin pisləşməsi qeyd edilir, dünyada üçüncü dalğa rəsmən elan olunub”.
Həkim qeyd edib ki, karantin qaydalarını nisbətən sərtləşdirib, təmasları azaldıb, vaksinasiyanı intensivləşdirmək lazımdır: “Vətəndaşlarda immunizasiya səviyyəsi 70-75 faiz olduğu zaman kollektiv immunitetin formalaşmasından danışıla bilər. COVAX platforması bizə ikili standartlarla yanaşdı və vaksin verilmədi. Azərbaycan öz resursları, Türkiyənin vasitəçiliyi ilə bu vaksini əldə edə bildi. Gürcüstana ikinci hissə vaksin verilir, bizə isə ödənişi etməyimizə baxmayaraq, vaksin verilməyib. Bu, ədalətsizlikdir. Lakin bütün bunlara baxmayaraq, Cənubi Qafqazda vətəndaşlarımızı immunizasiya edən ilk ölkə ola bilmişik”.
01:52 / 13 Noyabr 2026
160
01:49 / 13 Noyabr 2026
134
00:49 / 13 Noyabr 2026
90
00:18 / 13 Noyabr 2026
89
00:17 / 13 Noyabr 2026
110
23:53 / 12 Noyabr 2026
568
23:51 / 12 Noyabr 2026
95
23:40 / 12 Noyabr 2026
142
23:34 / 12 Noyabr 2026
98
23:24 / 12 Noyabr 2026
610
23:20 / 12 Noyabr 2026
98
23:19 / 12 Noyabr 2026
107
23:18 / 12 Noyabr 2026
107
23:12 / 12 Noyabr 2026
103
23:03 / 12 Noyabr 2026
108
23:02 / 12 Noyabr 2026
208
22:59 / 12 Noyabr 2026
102
22:55 / 12 Noyabr 2026
117
22:49 / 12 Noyabr 2026
143
22:40 / 12 Noyabr 2026
113
22:24 / 12 Noyabr 2026
181
22:21 / 12 Noyabr 2026
115
22:13 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.