Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47920
az

Paşinyanın arvadının təkbaşına ABŞ-a getməsinin ŞOK SİRRİ: o, müharibədə nə edib?

14:5901 Fevral, 2021
5479
ÖZƏL BÖLÜM
  • A

Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Los-Ancelesə səfər etməsi erməni informasiya seqmentində ciddi müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Ermənistan mediası ölkənin müharibədə ağır məğlubiyyətə uğradığı, minlərlə itki verdiyinə baxmayaraq, Akopyanın doğum gününü keçirmək məqsədilə ABŞ-a getdiyini yazır və sərt tənqidlər səsləndirirlər. Xüsusilə Annanın bir neçə gün əvvəl Moskvada 5000 dollarlıq yemək sifarişi, konsertlərə qatıldığı xatırlanır.

Lakin Annanın Moskva səfəri ilə Los-Anceles səfəri arasında bir fərq var: Paşinyanın həyat yoldaşı Moskvaya uşaqları ilə getmişdi, Los-Ancelesə isə təkbaşna (iki mühafizəçi ilə) gedib.

“Hraparak” qəzeti bu məqamın təsadüfi olmadığını yazır: “Los-Ancelesdə erməni icması müharibədə məğlubiyyətdən sonra Ermənistan hakimiyyətini görmək istəmir, bu baxımdan, Annanın ABŞ-a icma ilə görüşmək, yaxud hansısa ehtiyaclar üçün ianələr toplamaq məqsədilə getdiyi istisnadır. Fevralın 1-də Akopyanın doğum günüdür. Bir qadını doğum gününü uşaqlarsız və ərsiz keçirməyə nə məcbur edir?”.

Qəzet Annanın ətrafındakı insanlara istinadən yazır ki, Paşinyanla arvadının münasibətləri olduqca gərgindir.

“Müharibənin sonunda Paşinyan Feysbuk üzərindən mesaj göndərərək, arvadını ictimaiyyəti qəzəbləndirməyi dayandırmağa, Gorusdan evə qayıtmağa çağırdı, lakin Anna ərinə qulaq asmayaraq, sona qədər “Erato” dəstəsi ilə piar apardı. Gərgin münasibətlər hələ də davam edir. Məlumatlara görə, Anna müharibədə ölənlərin yaxınlarının qəzəbli lənətindən uzaqda, xaricdə keçirmək qərarına gəlib”, - qəzet yazır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi açıqlama: Saatlıq əməkhaqqı necə hesablanacaq? +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Rəisinin ölümü ilə bağlı daha bir ŞOK: Pilot bunları deyibmiş +VİDEO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi