Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45319
az

Şəhid Anaları Ali Baş Komandana müraciət edib

10:1328 Dekabr, 2020
5544
ÖZƏL BÖLÜM
  • A

Aprel döyüşləri zamanı Şəhid olan  əsgər Əbdülməcid Axundovun  anası  Ceyran  Axundova  Şəhid anaları  adından  ölkə  başçısına  müraciət  ünvanlayıb.

Oxu24.com həmin  müraciəti  təqdim  edir:


Azərbaycan tarixinin qəhrəmanlıq səlnaməsinin yazıldığı günləri yaşayırıq. Bu günləri xalqımıza yaşatdığı üçün Ali Baş Komandan olmaqla rəşadətli Ordumuza öz təşəkkürümüzü bildiririk .

Müqəddəs Qələbəmizin əldə olunması üçün canından keçmiş bütün Şəhidlərimizə rəhmət , yaralı hərbçilərimizin  tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edirik.
Bu müqəddəs Qələbəmizin əldə olunmasında Qarabağ savaşında Şəhadətə yüksələn hər bir igidimizin də öz payı var. Onların sələfləri bu gün Vətən yaşasın deyə canlarını sipər edən oğulların qisasısını aldı. Şəhidlərimizin Qarabağ səmalarında uçan müqəddəs ruhları Ordumuza bu yolda mayak oldu. 
Aprel döyüşlərindən başlanan Zəfərimiz tam Qarabağ qələbəmizlə tamamlandı. Azərbaycan tarixinin qalibiyyət günlərindən sayılan Aprel döyüşlərində igidlərimizin göstərdiyi qəhrəmanlıqdan ruhlanan Azərbaycan Əsgəri dünyada Azərbaycan adlı bir dövlətin öz torpaqlarının bir qarışını da düşmənə verməyəcək məfhumunu formalaşdırdı və bunu həyata keçirdi .
Aprel döyüşlərinin əhəmiyyətindən danışan Ali Baş Komandan cənab  İlham Əliyev də bu döyüşlərin hərb tariximizdə xüsusi rolu olduğunu dəfələrlə qeyd edib. Aprel döyüşlərinin iştirakçılar , qaziləri və Şəhid ailələri də hər zaman bununla qürur duymuşlar.
Qələbəni yazanların hər birinin Ali Baş Komandanın sərəncamları ilə mükafatlandırılması qürurverici və tarixi bir addımdır. 
Azərbaycanın Qalibiyyət yazan Ordusunun Ali baş komandanı Aprel döyüşlərinin də hərb tariximizin əhəmiyyətli günlərini öz imzası ilə imzalanmış sərəncamlarla təltif edərsə , tarixə Ali Baş Komandanın imzası ilə təltif kimi düşər və hər zaman da fəxarətlə səslənər.  Bu baxımdan , Aprel döyüşlərinin iştirakçıları , qazi və Şəhid ailələri adından Cənab Ali Baş Komandandan bu döyüşlərin iştirakçılarını da  öz imzası imzalanmış təltiflərlə mükafatlandırmağı xahiş edirik

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

6 yaşlı qız yeganə qəribə genlə doğulub

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı