Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45250
az

Özü şəhid oldu, qanlı bayrağı işğaldan azad edilən zirvəyə sancıldı  -  VİDEO

11:5627 Dekabr, 2020
4676
ÖZƏL BÖLÜM
  • A

"Ülvü qorxmaz, igid oğlan idi. İşində isə mülayim və məsuliyyətli idi, heç kimlə problemi olmazdı, hamı ilə yola gedərdi. Marketlərdən birində işləyirdi, ayrıca otağı vardı. Səfərbərlik xidməti tərəfindən cəbhəyə çağırıldıqda dostlarına demişdi ki, əgər müharibədən qayıtmasam, şəhid olsam, şəklimi otağıma vurarsınız".

Bunu "Report"un Şimal bürosuna açıqlamasında Qubanın Alekseyevka kəndinin II Qarabağ müharibəsində yeganə şəhidi olan Ülvü Məmmədovun qardaşı Fərid Məmmədov deyir. Fərid 23 yaşında şəhidlik zirvəsinə ucalmış böyük, şəhid qardaşı olması ilə fəxr etdiyini bildirir.


Məmmədov Ülvü Vüqar oğlu 29 iyul 1997-ci ildə Quba rayonunun Alekseyevka kəndində anadan olub. 2003-cü ildə Quba rayon Rəhman Məmmədov adina Alekseyevka kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. Məktəbdə oxuduğu illər ərzində müxtəlif idman növləri - futbol, kikboksinq və karate ilə məşğul olaraq, bir çox yarışda iştirak edib.

2014-ci ildə orta məktəbi bitirdikdən sonra Anadolu Universitetinin Bakı filialının idarəetmə fakultəsinə qəbul olub. 2015-ci il oktyabrın 5-də təhsilini donduraraq, həqiqi hərbi xidmətə yollanıb. Sülhməramlı Qüvvələrdə xidmət keçən Ü.Məmmədov 2017-ci ilin aprel ayında xidmətini atıcı ixtisası üzrə başa vurub.

Ordudan təxris olunduqdan qısa müddət sonra Quba şəhərindəki supermarketlərdən birində satıcı kimi işə başlayıb. Sonra Bakıdakı marketlər şəbəkəsindən birində çalışmağa başlayıb. İşində göstərdiyi yüksək fəallığa, məsuliyyətli və uğurlu fəaliyyətinə görə satıcı-kassir və mal qəbulu şöbəsinin rəhbəri vəzifəsinə yüksəlib.


Sentyabrın 21-də Qusar rayonundakı N saylı hərbi hissədə başlanan təlim-toplanışlarında iştirak etmək məqsədilə könüllü olaraq hərbi xidmətə yola düşüb. Keçirilən bir həftəlik təlimdən sonra isə sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan isğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Babası Ağamirzə Məmmədovun sözlərinə görə, xüsusən, Xocavənd rayonu ərazisindəki yüksəkliklərin işğaldan azad edilməsində əsgər yoldaşları ilə birgə Ülvünün də əməyi olub. Döyüş yoldaşları onun fədakarlıqla vuruşduğunu, nizam-intizamlı olduğunu bildiriblər.

Ülvü Məmmədov oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucalıb. Həmin istiqamətdəki yüksəklik elə o gün Ülvü Məmmədovun vuruşduğu bölük tərəfindən azad olunub və ora onun üzərindəki qanlı bayraq sancılıb.


Məmmədov Ülvü Vüqar oğlu oktyabr ayının 23-də Quba rayonunun Alekseyevka kəndində dəfn olunub. Ülvünün dəfnində yaxınları ilə yanaşı, Quba rayonunun rəhbərliyi, Milli Məclisin deputatı Vahid Əhmədov, ictimaiyyət nümayəndələri iştirak edib. Vahid Əhmədov Ülvünün babası Ağamirzə Məmmədova Azərbaycan Respublikasının Dövlət Bayrağını təqdim edib.


Bu gün Quba - Xaçmaz yolunun Alekseyevka kəndindən keçən hissəsində şəhidimizin əzizləri tərəfindən xatirə lövhəsi ucaldılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid Ülvü Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Əmisi Anar Məmmədov deyir ki, Ülvü Məmmədovun şəhidliyi ailə üçün ağır itkidir. Amma digər tərəfdən, təsəlli yeri budur ki, Vətənimiz uğrunda şəhid olub, torpaqlarımızın işğaldan azad olunmasında iştirak edib. Onun qanının axdığı torpaq hazırda azaddır.


Sakinlər isə Ülvü Məmmədovun xatirəsinin əbədiləşdirilməsi xahişi ilə imza toplamağa başlayıblar. Onlar Ülvünün adının kəndin Mədəniyyət Evinə veriləcəyinə ümid edirlər.

Ülvü Məmmədovlar nəslinin ən böyük nəvəsi idi. Əmisi, bibisinin övladları, habelə digər doğmaları onunla fəxr edirlər.

Allah rəhmət eləsin!

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı