Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102897
az

Əhməd illər əvvəl  niyə məsuliyyətə cəlb edilməyib? - Vəkildən mühüm açıqlama 

22:0716 Fevral, 2024
3848
ÖZƏL BÖLÜM
  • A

Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən   25 yaşlı  Əhməd Əhmədovla bağlı cəmiyyətdə müzakirələr davam edir.

Cəmiyyətdə  böyük  rezonansa  səbəb  olan  hadisənin  kökündə duran səbəblər nədir?

Bu sual həm  cəmiyyəti,həm  də  medianı  maraqlandıran  detallardandır.

Tanınmış  vəkil,uzun müddət müstəntiq işləmiş  Sadiq  Əfəndiyev cəmiyyətdə  şok  effekti  yaradan  cinayət  hadisəsi  ilə  bağlı  fikirlərini  Oxu24.com  saytı  ilə  bölüşüb.

 

 

Məlum hadisədən sonra diqqəti çəkən məqamlardan biri də cəmiyyət üzvlərinin bir qisminin baş vermiş ağır cinayət hadisəsinə ənənəvi yanaşaraq cinayət törədən şəxsin daha ağır cəzaya məhkum olunmasını tələb etməsi, hətta bu cür cinayətlərə görə ölüm cəzasının bərpası ilə bağlı fikirlər irəli sürməsidir.

Ümumiyyətlə baş vermiş ağır cinayət hadislərinə bu cür emosional yanaşma nəinki bizim cəmiyyətdə, hüquq düşüncəsinin daha yüksək olduğu cəmiyyətlərdə belə tarixən müşahidə olunub.

 

Vəkil Sadiq  Əfəndiyev

 

Lakin nəzərə alınmalıdır ki, cinayətkarlığın qarşısının alınmasında ağır cəzaların tətbiqi heç zaman gözlənilən effekti verməyib.

 

Cinayətkarlığın qarşısının alınmasında ən effektiv üsul cinayətkarlığın profilaktikası, konkret cinayətə münasibətdə onun törədilməsinin səbəb və şəraitinin müəyyən edilərək aradan qaldırılması istiqamətində təsirli tədbirlərin görülməsidir.

 

Məşhur İtalyan mütəfəkkiri Çezare Bekkarianın təbirincə desək ölüm cəzası ilə təhdid etməkdənsə, cinayətlərin qarşısını almaq daha məqəsədəmüvafiqdir.
O ki, qaldı Əhmədin törətdiyi cinayət əməlinə, şəxsin öz doğmalarına qarşı bu cür amansız bir cinayəti törətməsi onun anormal bir psxikaya malik olmasını ehtimal etməyə kifayət qədər əsas verir. Lakin bu ehtimalın istintaq zamanı təyin ediləcək ekspertiza ilə dəqiqləşməsinə ehtiyac vardır. Əgər ekspertiza onun anlaqsızlığı barədə rəyə gələrsə, sözssüz ki, qüvvədə olan cinayət qanunvericiliyinə görə onun barəsində yalnız tibbi xarakterli məcburi tədbirlər tətbiq ediləcəkdir.

 

Təbii ki, insanda şüur yoxdursa, yəni o, öz əməlinin mahiyyətini dərk etmək və nəticəsini görmək iqtidarında deyilsə cinayət  məsuliyyəti də yoxdur. Bununla belə hər hansı törədilmiş ictimai təhlkəli əməli doğuran və aradan qaldırılması zəruri olan səbəb və şərait həmişə vardır. İstintaq orqanı məhz həmin səbəb və şəraiti aşkar etməli və gələcəkdə bu kimi oxşar halların təkrarlanmaması üçün təqsirli şəxslərin məsuliyyət tədbirindən tutmuş bütün mümkün tədbirləri görməlidir. 

Məsələn, səslənən iddialara və məlumatlara görə Əhməd əvvəl də həyat və sağlamlıq əleyhinə ağır bir cinayət əməli törətmiş, digər şəxsə onun həyatı üçün təhlükəli olan çoxsaylı bıçaq və soyuq silah hesab olunan beşbarmaq zərbələri endirmişdir.

 

Lakin araşdırma zamanı Əhmədin psixi xəstəlikdən əzab çəkidiyi müəyyən edildiyindən o, cinayət məsuliyyətinə cəlb edilməmişdir.

 

Nəzərə alınmalıdır ki, cinayət törədən şəxsin cinayət məsuliyyətini istisna edən psixi xəstəliyi - anlaqsızlıq vəziyyəti yalnız məhkəmə-psixatriya ekspertizasının rəyi əsasında müəyyən edilə bilər. O da nəzərə alınmalıdır ki, şəxsin anlaqsızlığı barədə ekspert rəyi sadəcə onun cinayət məsuliyyətindən azad olmasına səbəb olmur, eyni zamanda onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə səbəb olur. Yəni, istintaq orqanında icraat davam etdirilir və cinayət işinin materialları şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə göndərilir.

Ona görə də araşdırmaq lazımdır ki, Əhmədin əvvəlki cinayət əməli ümumiyyətlə hüquqmühafizə orqanında qeydiyyata alınmışdırmı, əgər alınmışdırsa, onu barəsində cinayət qanunvericiliyində nəzərdə tutulan hansı tədbirlər görülmüşdür, məhkəmə-psixatriya ekspertizasının rəyi əsasında o, cinayət məsuliyyətindən azad olunmuşdursa, bəs onun barəsində hansı tibbi xarakterli məcburi tədbirlər görülmüşdür, əgər onun anlaqsızlığı barədə ekspert rəyi mövcud olmuşdursa, sonradan hansı əsasla ona sağlamlıq haqqında tibbi arayış verilmiş yaxud onun artıq sağalması haqqında tibbi rəyə gəlinmiş və o, da bunun əsasında sürücülük vəsiqəsi almışdır və s.

Bir şeyi bilməliyik ki, cinayət törətmiş anlaqlı şəxsin cinayət məsuliyyətindən kənarda saxlanması necə ki, onun yenidən cinayət törətməsinə şərait yaradır, eləcə də cinayət törətmiş anlaqsız şəxsin, yəni psixi xəstəlikdən əzab çəkən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməməsi də eynilə onun yenidən cinayət törətməsinə şərait yaradan haldır.  

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür