Qaynar xətt:

(+99450) 247 90 86

Piyada keçidində qadınları maşın vurdu  - ANBAAN VİDEO

Piyada keçidində qadınları maşın vurdu  - ANBAAN VİDEO

ŞOU-BİZNES

1226

14.12.2023, 13:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın  Sankt-Peterbur şəhərinin  cənub-şərqində  avtomobilin vurması nəticəsində iki yaşlı qadın xəsarət alıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə REN TV məlumat  yayıb.

 

Məlumata görə, hadisə dekabrın 13-də axşam saatlarında Narodnaya küçəsində baş verib.

 

Sürücü  idarəetməni itirib və yol nişanı olan dirəyə çırpılaraq səkiyə  çıxıb.


Hadisə  zamanı   80 və 64 yaşlı iki qadını  maşın  vurub.

 

Zərbə təqaüdçüləri müxtəlif istiqamətlərə səpələyib. Zərərçəkənlərin hansı xəsarətlər aldıqları və hazırda hansı vəziyyətdə olduqları məlum deyil.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəblərini və şəraitini araşdırır. 

 

 

 

 

Müəllif: Nigar