Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84890
az

Bu 10 Qida Böyrəkləri MƏHV EDİR! (VİDEO)

19:2015 Mart, 2023
1186
OXU24 TV
  • A

Sidik kisəsi və böyrəklərin təmizlənməsi, bərpası.
Böyrəklərin işinə dəstək olmağın ən yaxşı yolu rasiona  böyrəklərə faydalı qidalar daxil etməkdir. Bu qidalar orqanı gücə düşməkdən qoruyacaq və bütün orqanizmin sağlamlığına  öz töhfəsini verəcək. Siz bu videoda böyrəklərin təmizlənmə üsulları haqqında məlumat alacaqsınız. Həmçinin, böyrəklərə zərər vuran qidalardan da danışacağam. 
Böyrəklərə faydalı olan qidalar.
Bu siyahıda meyvə-tərəvəz və göyərtilər liderlik edir. Bu da təsadüfi deyil; onlar vitamin və minerallarla zəngindir. Bundan əlavə, meyvə-tərəvəzlər və göyərtilərin əksəriyyəti sidikqovucudur, sidik yollarının təmizlənməsinə məsuldur. 
Ən birinci,  cəfəri və iyli kərəvizdən danışaq. Onların tərkibindəki efir yağı böyrəklərdə və sidik yollarında olan daşı əridir.  Tərəvəzlərdən yerkökünü, bolqar bibərini misal çəkmək olar. Onlar A vitamini ilə də zəngindir.  Bədəndəki şişkinliklərdən yaxa qurtarmağın ən yaxşı yolu sidikqovuculardan istifadə etməkdir. Ən təbii sidikqovucu qarpız və yemiş sayılır. 
Meyvələrdən isə ən effektiv sidikqovucu almadır. Almanın təkibindəki antioksidantlar böyrəklərin xəsarət almasının qarşısını alır, eyni zamanda, hüceyrələrin ölümünə imkan vermir.  Müxtəlif giləmeyvələri təzə-təzə yemək də olar, onları qaynadıb əzərək içki də hazırlamaq olar. Böyrəyə ən faydalı giləmeyvələr mərcanı və itburnudur. Onlar infeksiyalarla mübarizə aparmağa kömək edən C vitamini ilə zəngindir. 
Zülalla zəngin qidalar böyrəyi gücə salır. Buna görə də, belə qidaları normadan artıq qəbul etmək olmaz. Amma zülalsız qidalanma da olmaz. Çünki zülal orqanizm üçün “tikinti materialı” sayılır. Rasiona təzə balıq əlavə etməyiniz yaxşı olar, amma bir şərtlə: onu sobada və ya buxarda bişirəsiniz, heç bir əlavə dadlandırıcıdan istifadə etməyəsiniz. 
Orqanizmin sağlamlığının qorunmasında su qəbulu da önəmlidir. Burda önəmli olan suyun miqdarıdır. Belə ki, gün ərzində orqanizmin hər 1 kilosu  üçün 30 ml su içilməlidir.  
Böyrəyin bərpasına kömək edən qidalar. 
Böyrəklər daim işləyir: qanımızı təmizləyir, sidik ifraz edir... Amma etiraf edək ki, narahatlıqlar başlamasa, böyrəyin sağlamlığı haqda heç kim fikirləşmir. Bəsit 3 addımı atmaqla böyrəyin sağlamlığının qeydinə qalmaq olar: 
Alkoqol qəbulundan imtina etmək; 
Lazımi qədər su içmək; 
Faydalı qidaları rasiona əlavə etmək; 
Bəli, bu 3 addımla böyrəyin sağlam fəaliyyət göstərməsini dəstəkləmək olar. Bir məsələ də var ki, böyrəkdə hər hansı problemin baş qaldırmayacağına dair zəmanəti heç yerdən ala bilmərik.  Bu zaman xalq təbabəti yada düşür. 
“Böyrək çayı”nın qəbulu. Bu çay böyrəyə faydalı olan bitkilərin qarışımından hazırlanır: tozağacı, ayıqulağı, gicitkən. Bu bitkilər böyrəyi təmizləyir, işini asanlaşdırır. 
İtburnu çayı C vitamini ilə zəngindir, sidik yollarındakı infeksiyalara qarşı müabrizə aparır. 
“Yumurtalı qarışım” böyrəklərə faydalıdır, yumurta, süd və bal ilə hazırlanır.  Dadını sevməyə bilərsiniz, amma “dərman acı olur” deyiblər.  Böyrəkləri toksinlərdən və zərərli maddələrdən təmizləmək üçün “may atpıtrağı” şirəsi hazırlaya bilərsiniz. 
Alkoqol qəbulunun böyrəklərə zərərli olması sirr deyil.  Belə ki, etil spirti böyrəkləri zədələyir, işinə mənfi təsir edir. Bu da böyrəkdə iltihablanmaya səbəb olur. Beləcə, xroniki böyrək çatışmazlığı yaranır.  Xəstəliyin xarakteristikası budur: böyrəyin iş qabiliyyətinin aşağı düşməsi, qanda toksin miqdarının artması. Bu halda vəziyyət kəskinləşmədən böyrəyi bərpa etmək imkanı var. Rasiona soğan, yerkökü, balqabaq, alma, qarpız və balıq daxil etməklə buna nail ola bilərsiniz.

Böyrəyi təmizləyən qidalar. 
Bəzi qidaların qəbulu böyrəkləri toksinlərdən təmizləyir,  daş əmələ gəlməyə qoymur. Bu  qidaların köməyilə 1 sm həcmində olan daşlar, həmçinin, qumlar asanca orqanizmdən xaric olunur. Bunun üçün, ilk olaraq, ultrasəs müayinəsindən keçmək lazımdır ki,  böyrəyin ümumi vəziyyəti ilə tanış ola biləsiniz. Yalnız  daşın həcmi haqqında ətraflı məlumatdan sonra daşın evdə salınıb-salınmayacağına qərar verilməlidir. Təbii ki, son qərar mütəxəssisin olmalıdır. Xırda daşların salınması üçün “isti vanna” üsulu da köməyə çatır.
Böyrək üçün zərərli olan qidalar. 
Böyrəklər yağlı, qızarmış, duzlu, marinə edilmiş, acı, hisə verilmiş yeməkləri sevmir. Fast-food`lar və alkoqollu içkilər, həddən artıq duzlu yeməklər, atışdırmalıqlar  orqanizmdə su qıtlığı yaradır. Bu da böyrəklərin iş rejimini gərginləşdirir. Səhərlər yuxudan oyananda göz ətrafındakı torbalanmalar gecə boyu böyrəyin gərgin rejimdə işləməsinin və  vəzifəsini tam mənasilə yerinə yetirə bilmədiyinin göstəricisidir.  Yüksək miqdardakı duz  qandakı kaliumu da üstələyir. Kaliumun ürək-damar sisteminin  işini dəstəklədiyini  hamı bilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Zəlzələ belə baş verib - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlandı