Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75103
az

Faydasını Biləndən Sonra Hər Gün SUYUNU İÇƏCƏKSİNİZ!

22:2117 Oktyabr, 2022
534
OXU24 TV
  • A

Bu bitkini bəlkə də hər gün göyərti satılan piştaxtalarda görürük. Lakin onun faydalarını bilmədiyimiz üçün tez-tez alıb yemirik.

Bu gün market və bazarlarda qarşımıza çıxan, dəstəsi 1—15 qəpiyə satılan ispanağın bəzi xəstəliklərin müalicəsi zamanı necə istifadə olunma qaydasından danışacağıq. Diqqətiniz bizdə olsun.
Ispanağı ya dovğada, ya da kükü bişirərək yeyir. Amma onu sırf müalicə vsitəsi kimi bişirib yeyən adam demək olar ki yoxdur. Niyə? Çünki məlumatsızıq. 
İspanaq böyüməkdə olan uşaqdan tutmuş qocalığa qədər hamı üçün faydalıdır. Məşhur şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu “bitkilərin şahı” və “mədənin süpürgəsi” adlandırırdı
İspanaq çiy şəkildə istifadə zamanı daha faydalı təsir göstərsə də, bişiriləndə müalicəvi xüsusiyyətlərini itirmir. Bir çox dünya ölkələrinin kulinariyasında ondan xörək, salat, şoraba, qəlyanaltı, püre, sous və konservlərin hazırlanmasında istifadə edilir. 
İspanağın həftədə 1-2 stəkan şirəsini çəkib acqarına için, bunu vərdiş edin. İspanaq yarpaqlarından çiy halda salatlar hazırlayın. Qaraciyər, böyrəklər, sümüklər, göz üçün çox faydalıdır.
- İspanağın tərkibində olan fol turşusu hamiləlik zamanı döldə sinir sisteminin normal formalaşmasını təmin edir, yaşlılarda isə Alzheymer xəstəliyinin qarşısını alır.
- Tərkibində olan dəmir duzları və B qrupu vitaminləri sayəsində qanyaranmanı sürətləndirir, dəmir çatışmazlığı ilə müşayiət edilən qanazlıqlarında olduqca faydalı təsir göstərir, həmçinin dərialtına piy toplanmasının və sellülitin qarşını alır.
- İspanaq yarpaqlarında çox miqdarda olan sekretin zülalı mədə və bağırsaqların, mədəaltı vəzin şirə ifrazını artıraraq həzmi yaxşılaşdırır. İspanaq tərkibindəki həzm olunmayan liflər sayəsində bağırsağın selikli qişasını qıcıqlandıraraq onun normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır. İspanaq karbohidrat mübadiləsini tənzimləyir, qlükozanın toxumalara keçməsini asanlaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır.
 İspanaq orqanizmdə K vitamininin çatışmazlığı nəticəsində yaranan sümük zəifliyi, qanaxmaya meyillik, damar kirəclənməsi kimi bəzi xəstəliklərin müalicə və profilaktikasında olduqca faydalıdır. 
- İspanaq tərkibindəki maddələr sayəsində sinir sisteminə sakitləşdirici təsir göstərir, qavramanı, zehni qabiliyyəti artırır, yuxunu yaxşılaşdırır, həmçinin makulada yaranan degenerasiya proseslərini ləngidərək görmə zəifləməsinin qarşısını alır.
Qan azlığında, halsızlıq, yorğunluqda, göz zəifliyində çox faydalıdır. İspanaqda zülal da çoxdur doyurucu və enerjiverici bir təsiri vardır, ürək üçündə faydalı bir qidadır, ürək əzələsini qüvvətləndirir. İspanağı çox yeyən insanlar infarkt olmur, əzələ qıcolmaları olanlar üçün ispanaq əvəzolunmaz qidadır. 
İspanağın tərkibindəki minerallar sümük və dişlər üçün çox faydalıdır, klimaks keçirən xanımlar, hamiləlikdən sonra ana olan xanımlar üçün ispanaq salatı və şirəsi mükəmməldir, sümük ərimələrinin qarşısını alır, təzə qan yaradır.
 İspanaqdan yeməklər və ya salatlar hazırlanan kimi yeyilsə yaxşıdır. O, bişirildikdən sonra 24 saat ərzində yeyilməlidir. Uzun müddət isti yerdə qaldıqda ispanaqlı yeməyin tərkibində bakteriyaların təsirindən əmələ gələn nitratlar qana sorularaq eritrositlərin oksigen daşımasına mane olur və hüceyrə tənəffüsünü pozur. İstifadə olunduqdan 2-3 saat sonra göyərmə, təngnəfəslik, ürəkbulanma və ishal kimi zəhərlənmə əlamətləri baş verir. Üstəlik İspanaqdan hazırlanan yeməklərə şəkər əlavə edilməsi zəhərlənmə riskini azaldır.
Bəs kimlər ispanaq yeyə bilməz?
Tərkibində yüksək miqdarda turşəng turşusu olduğuna görə böyrək və sidik çıxarıcı yolların xəstəliklərində, öd kisəsi daşlarında, pankreatit, podaqra, qastrit, mədə və bağırsağın xora xəstəliyində, həmçinin tərkibində K vitamininin çoxluğuna görə qan laxtalanması yüksək olan xəstəliklərdə az miqdarda istifadə olunmalıdır. Turşəng turşusu cavan, təzə yarpaqlarda daha az olduğundan həmin xəstəliklərdən əzyyət çəkənlər ona xüsusi diqqət yetirməlidirlər.
İspanaq xalq təbabətində müalicəvi vasitə kimi istifadə olunur:
- 10 qram xırda doğranmış ispanaq yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilir, 1-2 saat dəmlənir, süzülür. Xronik qəbizlik, meteorizm, qanazlığı və vərəm zamanı gündə 3-4 dəfə yeməkdən 20 dəqiqə əvvəl 1/4 stəkan içilir.
- İspanaq yarpaqlarının şirəsi sıxılır, 1:1 nisbətində badam və ya küncüt yağı ilə qarışdırılır, alınan qarışığın çay qaşığı ilə uşaqlara verilməsi boy inkişafını sürətləndirir.
- Yanıq və ekzemaların müalicəsində ispanaq yarpaqlarının zeytun yağında bişirməsindən istifadə olunur. Onu hazırlamaq üçün xırda doğranmış yarpaqlar qaynayan zeytun yağına tökülür və ocaqdan götürülərək soyudulur. Yağı süzülmüş yarpaqlar zədəli nahiyəyə qoyulur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI

6 yaşlı qız yeganə qəribə genlə doğulub

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 71 nəfər saxlanıldı