Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı ŞOK DETALI AÇIQLADI
24 May 2026, 14:30
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
876
06.12.2020, 00:34
Vətən onu sevən, onu qoruyan, onun uğrunda qəhrəmanlıqlar göstərən igidləri ilə tamdır, bütövdür. O igidlərdən biri də Nicat Fətulla oğlu İsmayılovdur.
Cəmi 19 yaşı var onun. Amma bu 19 illik ömründə həyatının ən şərəfli tarixini yaşayıb: “2019-cu ilin oktyabr ayında hərbi xidmətə getmişəm. Hərbi xidmətdə olduğum müddətdə döyüş başladı. Döyüşlərin başlanması bizim üçün qürur hissi yaşatdı, çünki döyüşlərə qatılmaq bizə nəsib oldu. Talış kəndi uğrunda gedən döyüşlərin iştirakçısıyam. Suqovuşanda yaralanmışam. Sol bağırsaq nahiyəsindən qəlpə yarası almışam. Belimdən isə odlu silahdan açılan atəş nəticəsində yaralanmışam. Onurğamda çat var. Ayaqlarımın hər ikisi işləmir”.
19 yaşlı döyüşçümüz ailəsinə bu xəbəri özü verib, amma “yıxılmışam, ayağım əzilib” deyib: “Ayın 3-ü Talış kəndini azad etdik. Suqovuşan istiqamətinə yollandıq. Komandanlıq “Dur” əmri verdi. Saat 3-ün yarısı olardı düşmən tərəfi hücuma keçdi. İlk atəş minomyotlardan açıldı. 10 nəfər döyüşçü yoldaşımla yaralandıq. Ondan sonra olanlar yadımda deyil. Oyandım ki, Naftalan Mərkəzi Klinik Xəstəxanasındayam”.
Naftalanda yaralı döyüşçümüzə ilkin yardım göstərildikdən sonra o, Gəncə şəhər Mərkəzi Xəstəxanasına gətirilib və belindən əməliyyat olunub: “Həkimlərimiz yenidən əməliyyat olunacağımı deyirlər, fevral və yaxud mart ayında. Əgər hər şey yolunda getsə, ayaqlarımın da hissiyyatı 6 ay və yaxud 1 ildən sonra bərpa oluna bilər”.
19 yaşlı qəhrəmanımızın arzularına gəlincə, “Arzum ilk Şuşaya getməkdir. İnşallah, yaxşı olan kimi Şuşaya, ordan da Laçına qalxacam. İnanın, bir az yaxşılaşsam, yenidən gedərəm”.
Nicat ailənin tək oğul övladıdır. Atası Fətulla İsmayılov da Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır, ikinci qrup əlildir: “1992-93-cü illərdə Ağdərə-Kəlbəcər istiqamətindəki döyüşlərdə yaralanmışam. İndi özümdən çox oğlumla qürur duyuram. İgidlik göstərib. Qulluq etdiyi hərbi hissədə hörməti var. Hərbi xidməti zamanı fərqləndiyinə görə təşəkkürlə təltif olunub. Yaralandığını da gec bilmişəm. Evə deməyib. Gəncə hospitalında özünə gələndən sonra zəng etdi və dedi ki, yıxılmışam, qıçım azca sıyrılıb”.
Yaşa, var ol, Azərbaycan Əsgəri! Tezliklə işğaldan azad olunan torpaqlarımızda görüşənədək!
21:23 / 27 May 2026
19
21:18 / 27 May 2026
56
21:16 / 27 May 2026
45
21:05 / 27 May 2026
171
20:53 / 27 May 2026
58
20:51 / 27 May 2026
66
20:41 / 27 May 2026
99
20:33 / 27 May 2026
432
20:29 / 27 May 2026
58
20:25 / 27 May 2026
75
20:12 / 27 May 2026
67
19:55 / 27 May 2026
82
19:45 / 27 May 2026
63
19:34 / 27 May 2026
70
19:32 / 27 May 2026
59
19:27 / 27 May 2026
105
19:27 / 27 May 2026
73
19:20 / 27 May 2026
781
19:05 / 27 May 2026
151
18:57 / 27 May 2026
110
18:55 / 27 May 2026
88
18:47 / 27 May 2026
105
18:45 / 27 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.