Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
09 Noyabr 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
925
03.12.2020, 18:28
“Ata, müharibə başladı. Xeyir dua ver, hər şey yaxşı olacaq”. Birdən məndən ötrü ağlayarsan. Qətiyyən Ağlamayın!
Bu gün İkinci Qarabağ müharibəsində şəhid olan Elvin Abdurahmanov haqqında hazırladığı videonu sizə təqdim edəcəyik.
O, həmişə ruh yüksəkliyi ilə torpaqların tezliklə azad olunacağını, hər şeyin yaxşı olacağını deyirdi. Məzuniyyət vaxtı evə gələndə həmişə anasından, nənəsindən uzaq gəzirdi. Səbəbini soruşanda deyirdi ki, onsuzluğa öyrəşsinlər.
Əks hücum əməliyyatları başlayan günü - sentyabrın 27-i səhər tezdən zəng etdi. 8-in yarısı olardı. Dedi ki, “ata, Bismillah eləmişik, müharibə başladı. Xeyir dua ver, hər şey yaxşı olacaq”. Ondan sonra sentyabrın 29-da zəng etdi, onunla saat 12-nin yarısı danışdıq. Anasına deyirdi ki, “birdən məndən ötrü ağlayarsan. Ağlama”.
Bu sözləri şəhid Elvin Abdurahmanovun atası Əbülfəz Abdurahmanov deyib.
O deyir:
“Elvinin uşaqlıqdan hərbiyə marağı vardı, o dərslərini oxumurdu. Özünü ancaq hərbidə görmək istəyirdi”. Oğlum orta məktəbi bitirəndən sonra Sərhəd Qoşunları Akademiyasına sənəd verdi, lakin qəbul ola bilmədi.
Naxçıvanda kəşfiyyat qrupunda əsgərlikdə olub. Əsgərlikdən gəldikdən sonra bir-iki ay başqa sahədə çalışdı. Sonra hərbçi olmaq istədiyini dedi. Sənədlərini verdi, əvvəl 6 ay Təlim Tədris Mərkəzində gizirlik kursu keçdi, sonra Qusara təyinat aldı. Bir-iki ay orada xidmət etdi.
Daha sonra Xüsusi Təyinatlı Qüvvələrə keçdi. 2 il idi ki, orada xidmət edirdi. İldə 1-2 dəfə məzuniyyət veriləndə evə gəlirdi”.
Şəhid atası deyir: "Oktyabrın 1-i onun ad günü idi. Səhərdən axşama qədər zəng etdim, amma danışa bilmədim. Oktyabrın 2-də şəhid xəbəri gəldi. Hərbçi yoldaşlarının dediyinə görə, mühüm tapşırığı yerinə yetirərkən Elvin və bir neçə hərbçi yaralanıb.
Onlar verilən tapşırığı yerinə yetirib, xeyli erməni əsgərini məhv edib, onların postunu da götürüblər. Elvin yaralı halda döyüş meydanında qalıb, arxadan kömək gələndə artıq onun şəhid olduğunu görüblər.
Elvin öz videosunu çəkəndə yeni yeri azad etmişdilər. Səhərisi gün başqa yüksəklik uğrunda döyüşlərdə şəhid olub”.
Qəbələnin Əmirvan kəndindən olan 24 yaşlı şəhid gizir E.Abdurahmanovun ölümündən əvvəl çəkdiyi həmin video sosial şəbəkələrdə geniş yayılıb.
---
Övladının Vətənin azadlığı uğrunda canını fəda etdiyini deyən ata bildirir ki, şəhidlərimizin heç birinin qanı yerdə qalmayıb: "Gələn il toy edəcəkdik. Şəhid olandan sonra telefonunu bizə verdilər. Qardaşlarına vəsiyyət edib ki, Vətən yolunda şəhid olsam, atama, anama yaxşı baxın, Vətənə layiqli övlad olun, nişanlı olduğum qızı isə öz bacınız kimi qəbul edin, onu da unutmayın”.
Elvinin qardaşı Elçin deyir ki, qardaşı şəhid olandan sonra telefonuna yazdığı vəsiyyətini tapıblar. Vəsiyyətdə yazılıb:
"Əgər mənə nəsə olsa, qırmızı flaş kartımda şəkillər var. Onlar silinib. Elçin, Məcnun, onları geri qaytarın, xatirə olaraq qalsın! Atama, anama yaxşı baxın! Vətənimizə, bayrağımıza, millətimizə bağlı namuslu oğullardan olun inşallah! Hər kəsin həyatda bir arzusu var. Mənim də qəlbimdə ən böyük arzum bir gün Vətənim üçün şəhid olmaqdır. Allaha əmanət olun, canım qardaşlarım!"
Qeyd edək ki, Şəhidimiz Abdurahmanov Elvin Əbülfəz oğlu 1996-cı ildə Qəbələ rayonu Əmirvan kəndində anadan olub..Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Abdurahmanov Elvin Əbülfəz oğlu Qəbələ rayonu, Əmirvan kəndində dəfn olunub. Allah rəhmət eləsin!
11:52 / 15 Noyabr 2026
1
11:43 / 15 Noyabr 2026
40
11:29 / 15 Noyabr 2026
60
11:20 / 15 Noyabr 2026
64
11:20 / 15 Noyabr 2026
68
11:10 / 15 Noyabr 2026
65
11:07 / 15 Noyabr 2026
356
10:50 / 15 Noyabr 2026
80
10:25 / 15 Noyabr 2026
227
10:21 / 15 Noyabr 2026
91
10:18 / 15 Noyabr 2026
88
10:12 / 15 Noyabr 2026
118
09:35 / 15 Noyabr 2026
439
07:35 / 15 Noyabr 2026
150
05:50 / 15 Noyabr 2026
147
01:35 / 15 Noyabr 2026
158
01:10 / 15 Noyabr 2026
176
23:59 / 14 Noyabr 2026
367
23:51 / 14 Noyabr 2026
198
23:47 / 14 Noyabr 2026
214
23:33 / 14 Noyabr 2026
175
23:23 / 14 Noyabr 2026
539
23:16 / 14 Noyabr 2026
177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.