Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
09 Noyabr 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1721
01.12.2020, 23:00
Könüllü döyüşçü Məmmədzadə Orxan Təbriz oğlu körpə erməni uşağını xilas edib.
OXU24.COM xəbər verir ki, bu barədə Sonxeber.az-a əsgər özü məlumat verib:
"Füzulinin kəndlərinin birinə basqın edirdik. Düşmənlərlə döyüşdən sonra kənarda ferma kimi bir yer gördük. Bu, bizim diqqətimizi çəkdi. Fermaya girməyə qərar verdik. Çox ehtiyatla hərəkət edirdik ki, hər an bizə tələ qurmuş ola bilərlər. Birdən uşaq ağlamasını eşitdik. Otağa girəndə gördüm ki, çarpayının üstündə balaca bir körpə var. Haradasa 7 aylıq olardı. Belinə ip bağlayıb bir az irəli çəkdim ki, görüm uşağın altında hər hansı partlayıcı quraşdırılmayıb? Şükürlər olsun ki, heç nə yox idi. Uşağı qucağıma aldım. Çörəyi suya batırıb dodağına sürtdüm ki, mədəsinə bir şey getsin. Uşaq ağlamaqdan göyərmişdi. Sakitləşdirdim.
Sonra qərar verdim ki, onu buradan aparmaq lazımdır, yoxsa öləcək. Uşağı bükdüm və silahımı yoldaşlarıma təslim edib 8 km geri qayıtdım. Yol boyu gah snayper, gah minamyot atırdılar. Yanımda torpaq qalxırdı və başımdan aşağı tökülürdü. Güc-bəla ilə uşağı gətirib çatdırdım. Rəis heyətindən biri çıxdı qarşıma, dedi, "niyə özünü təhlükəyə atıb gətirdin?" Dedim, körpədir. Biz də qocaları, körpələri öldürsək, ermənidən fərqimiz olmaz. Biz torpaq davası edirik. Döyüşə kişi kimi girmişik, kişi kimi də çıxmalıyıq. Uşağı təhvil verdim və gecə yenidən yoldaşlarımın yanına yollandım".
12:55 / 15 Noyabr 2026
79
12:36 / 15 Noyabr 2026
164
12:28 / 15 Noyabr 2026
75
12:11 / 15 Noyabr 2026
88
11:52 / 15 Noyabr 2026
127
11:43 / 15 Noyabr 2026
80
11:29 / 15 Noyabr 2026
100
11:20 / 15 Noyabr 2026
93
11:20 / 15 Noyabr 2026
99
11:10 / 15 Noyabr 2026
94
11:07 / 15 Noyabr 2026
558
10:50 / 15 Noyabr 2026
101
10:25 / 15 Noyabr 2026
255
10:21 / 15 Noyabr 2026
102
10:18 / 15 Noyabr 2026
99
10:12 / 15 Noyabr 2026
131
09:35 / 15 Noyabr 2026
494
07:35 / 15 Noyabr 2026
203
05:50 / 15 Noyabr 2026
152
01:35 / 15 Noyabr 2026
165
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
23:51 / 14 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.