Qaynar xətt:

(+99450) 247 90 86

Acı xəbər indi g əldi: Ölən və  yaralılar var

Acı xəbər indi g əldi: Ölən və  yaralılar var

ŞOU-BİZNES

1704

13.07.2020, 00:55

Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb. Prospektlə yüksək sürətlə hərəkətdə olan motosiklet yolu keçmək istəyən Gülnarə adlı qadını vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Zərbənin gücündən motosiklet yol kənarındakı dirəyə dəyərək bir neçə metr aralıda dayanıb. Hadisə zamanı motosikletin sürücüsü ağır xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Əraziyə Yasamal Rayon Polis İdarəsinin və Prokurorluq əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. Faktla bağlı araşdırma aparılır.