Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35216
az

Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib - VİDEO

11:3212 İyul, 2020
1159
OXU24 TV
  • A

Həftəsonu sərt karantin rejiminin elan edildiyi paytaxt Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib.

Oxu24.com Xezerxeber.az-a istinadla xəbər verir ki, istər piyadaların, istərsə də sürücülərin hər birinin icazəsi elektron sistem vasitəsilə yoxlanır. Ötən həftələrdən fərqli olaraq postlar daim eyni yerdə təşkil edilmir. Mütəmadi olaraq polis postlarının yerləri dəyişdirilir.

Postlar həm əsas prospektlərdə, həm də ikinci dərəcəli yollarda təşkil edilir. Proses sürətli şəkildə həyata keçirildiyində yollarda tıxaca səbəb olmur.

Polis əməkdaşları həmçinin küçə və parklarda, yaşayış yerlərinin yaxınlığında da yoxlama həyata keçirir.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı