Bakı metrosunda polislə sərnişin arasında mübahisə yaranıb.
Oxu24.com Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Paylaşım edən şəxs hadisənin ötən gün “Qara Qarayev” stansiyasında baş verdiyini qeyd edib.
İddiaya görə, sözügedən stansiyada polislərlə vətəndaşlar arasında gərginlik yaranıb.
Videogörüntüdə iki polis əməkdaşının sərnişinlərdən birini qatardan çıxarmağa çalışdığı əks olunub. Polisin hansı səbəbdən sərnişinlə mübahisə etməsi və onu qatardan çıxarmağa çalışması məlum deyil.
İlkin məlumata görə, sərnişin platformada olarkən tibbi maskadan istifadə etməyib. Polis əməkdaşı ona yaxınlaşaraq profilaktik söhbət aparıb, onun karantin qaydalarına riayət etməsini xahiş edib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metropolitendə qeydə alınan hadisəyə münasibət bildirib.
Qurum rəsmisi Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə mayın 31-də metronun “Qara Qarayev” stansiyasında baş verib:
“Hadisə ilə bağlı qatar stansiyadan gec tərpənib. Bununla bağlı qatarların hərəkətində yubanma olub”.
Oxu24.com
ŞƏRHLƏR