Aprelin 16-da Masallıda baş verən partlayışda xəsarət alanlardan ikisi vəfat edib.
APA TV-nin məlumatına görə, rayonun Təzə Alvadı kəndində kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində baş verən partlayış zamanı ev bütövlükdə dağılıb.
Nəticədə İntiqam Qədiyev, arvadı Sevinc Qədiyeva, övladları Rüfanə Qədiyeva, Cahid Qədiyev və Zəhra Qədiyeva ağır xəsarətlər alıblar. Ümumilikdə xəsarət alan 5 nəfər paytaxtdakı 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib.
İntiqam Qədiyev və həyat yoldaşı Sevinc Qədiyeva müalicə aldıqları xəstəxanada ölüblər.
Faktla bağlı cinayət işi açılıb.
Oxu24.com
ŞƏRHLƏR