Bakının mərkəzi hesab olunan Nizami küçəsinə giriş bağlanıb.
Oxu24.com -un əməkdaşı bildirib ki, bu gün günorta saatlarından etibarən polis əməkdaşları insanları şəhərin mərkəzindən kənarlaşdırıb.
Əraziyə xeyli sayda polis əməkdaşı cəlb olunub. Onlar insanları şəhərə çıxmamağa və evdə oturmağa səsləyib.Daha sonra xüsusi geyimli şəxslər "Tarqovıy" küçəsini dezinfeksiya edib.
Əldə etdiyimiz məlumata görə, şəhərin mərkəzinə giriş tam məhdudlaşdırılacaq.
Rəsmi məlumata görə, Azərbaycanda bu gün 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Oxu24.com saytı bütün oxucuları evdə qalmağa, Dövlətin qəbul etdiyi qərarlara riayət etməyə çağırır.
Həmçinin oxu: Bakıda naməlum kişi meyitinin tapılması ilə bağlı RƏSMİ AÇIQLAMA — VİDEO 18+
Ərazidən videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR