Bir müddətdir Amerika Birləşmiş Ştatlarında yaşayan müğənni İlhamə Qasımova ölkəmizə qayıdan zaman hava limanından birbaşa karantinə göndərilib.
Oxu24.com Xəzər TV-yə istinadla xəbər verir ki, sənətçi hazırda karantin zonasındakı vəziyyət və səhhəti ilə bağlı məqamları əməkdaşlarımızla bölüşüb.
Xaricdən gələn yüzlərlə insanla bərabər o da təyyarədən enən kimi paytaxtdakı karantin məkanlarından birinə aparılıb.
Müğənninin sözlərinə görə, karantinə yerləşdirildikdən dərha sonra onlara dezinfeksiya üçün ləvazimatlar verilib. Maskalarla təmin olunublar.
İlhamə Qasımova insanlara da çağırış edərək bildirib ki, sağlamlıq və təhlükəsizlik hər şeydən əvvəl gəlir. Ona görə də qadağa və məhdudiyyətlərə riayət etmək vacibdir.
Müğənii həm özünün, həm də karantindəki insanların yaxınlarına da səslənərək bildirib ki, peşəkar tibb işçiləri onların sağlamlığı ilə daim maraqlanır. Yəni, insanlar onlardan narahat olmasınlar, özləri virusdan qorunmaq üçün mümkün qədər evlərini tərk etməsinlər.
Oxu24.com
ŞƏRHLƏR