Aşıq Telli Borçalı sənətdən gedib?
12 Avqust 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2244
27.12.2019, 14:26
Keçmiş Vergilər naziri Fazil Məmmədovun dövründə Vergilər Nazirliyində fəaliyyət göstərən ekstrasenslərdən ibarət xüsusi qrup barədə yeni, sensasion detallar üzə çıxıb.
BakuPost xatırladır ki, bu qrup haqqında məlumatı özünü ekstrasens kimi təqdim edən Elman Əliyev adlı şəxs jurnalist Natiq Ədilova müsahibəsində bildirib və dediklərini sübut edən videolar təqdim edib.
Onun sözlərinə görə, Vergilər Nazirliyindəki ekstrasenslərdən ibarət qrupa 22 nəfər daxil olub. Onların vəzifəsi nazirliyi mistik qüvvələrdən qorumaq, qurumun idman komandalarının qələbəsinə yardım etmək olub.
Elman Əliyev bildirib ki, bütün bunlar Fazil Məmmədovun göstərişi ilə edilib. O hətta şəxsən keçmiş nazirlə bir neçə dəfə görüşdüyünü bildirib.

BakuPost Elman Əliyevin təqdim etdiyi videolarda görünən şəxslərin kimliyi barədə araşdırma apardıqda maraqlı faktı üzə çıxarıb. Məlum olub ki, həmin bu magik rituallarda təkcə Vergilər Nazirliyinin yüksək vəzifəli şəxsləri iştirak etməyib.
Fazil Məmmədovun ekstrasenslərdən ibarət qrupunun Atəşgah məbədində həyata keçirdiyi “əməliyyatda” Fövqəladə Hallar Nazirliyinin polkovniki də iştirak edib. Təqdim etdiyimiz şəkillərdə işarələnən bu şəxs FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Bağırov Samir İsa oğludur.
Polkovnikin bu tədbirlərdə tez-tez iştirak etdiyi bildirilir.
Məlumata görə, bu videolar yayıldıqdan sonra Fövqəladə Hallar naziri Kamaləddin Heydərov məsələni nəzarətə götürüb və polkovniki cəzalandırıb. Belə ki, həmin şəxs vəzifədən azad edilərək, təqaüdə göndərilib.
FHN polkovnikinin yer aldığı həmin “cinçıxarma əməliyyatı” videosunu təqdim edirik:
22:57 / 16 Avqust 2026
31
22:26 / 16 Avqust 2026
74
22:06 / 16 Avqust 2026
80
21:54 / 16 Avqust 2026
70
21:17 / 16 Avqust 2026
80
21:08 / 16 Avqust 2026
82
20:46 / 16 Avqust 2026
93
20:39 / 16 Avqust 2026
974
20:33 / 16 Avqust 2026
373
20:19 / 16 Avqust 2026
69
19:56 / 16 Avqust 2026
93
19:40 / 16 Avqust 2026
93
19:29 / 16 Avqust 2026
119
15:05 / 16 Avqust 2026
131
14:20 / 16 Avqust 2026
137
14:12 / 16 Avqust 2026
399
13:55 / 16 Avqust 2026
142
13:45 / 16 Avqust 2026
428
13:40 / 16 Avqust 2026
1126
11:57 / 16 Avqust 2026
123
11:56 / 16 Avqust 2026
128
23:29 / 15 Avqust 2026
277
23:27 / 15 Avqust 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.