Aysun İsmayılova xəstəliyə tutuldu
16 Noyabr 2026, 20:13
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
63485
04.12.2019, 21:13
“Son zamanlar qida zəhərlənmələrinin sayının artması haqqında yayılan məlumatlar yanlışdır. Sadəcə, həmin zəhərlənmələrin araşdırılması düzgün həyata keçirilmir. Çox tələsik məlumatlar verilərək, laborator ekspertizaların cavabları müəyyənləşməmiş həmin zəhərlənmələrin qida mənşəli olması barədə informasiyalar yayılır”.
Oxu24.com -un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, agentliyə daxil olan məlumatlarla qoyulan diaqnozlar arasında ciddi fərqlər olur:
“Ümumiyyətlə, qida zəhərlənmələri haqqında onu deyə bilərəm ki, Azərbaycan dünyada qida təhlükəsizliyi indeksinə görə ən yüksək pillələrdən birini tutur. Qida təhlükəsizliyi indeksi dünyada 100 ballıq şkala ilə ölçülür. Azərbaycan bununla bağlı 89 bal yığıb. Bu, Azərbaycana idxal olunan və ölkədə istehsal olunan ilkin istehsal müəssisələrində qida məhsullarının təhlükəsizlik göstəricilərinin həddindən artıq yuxarı olmasıdır”.
Agentliyin sədri Azərbaycanda sağlam qida məsələlərinin aşağı səviyyədə olduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, AQTA fəaliyyətə başladığı gündən etibarən 694 qida zəhərlənməsi faktı qeydə alınıb. Bunlardan da ötən il ərzində 1 və bu il ərzində 2 nəfər olmaqla, yəni 3-ü ölümlə nəticələnib: “Bu faktlar onu göstərir ki, Azərbaycanda məhsulların təhlükəsizlik göstəriciləri yüksək səviyyədədir. Onlarla davranışlar və vərdişlər, insanların qidalanma gigiyenası aşağı səviyyədədir. Biz məhsulları zəhərlənmə faktından sonra ekspertiza edərkən aydınlaşır ki, həmin məhsulların tərkibində məhsulun özünün təhlükəsizlik göstəricilərindən zəhərlənmə baş verməyib. İnsanların onlara təması nəticəsində, şəxsi gigiyena qaydalarına əməl etməmələri nəticəsində baş verib”.
Ötən həftə Bakı Dövlət Universitetinin 3 tələbəsinin zəhərlənərək, 1-nin dünyasını dəyişməsi məsələsinə toxunan Qoşqar Təhməzli bildirib ki, ölümə səbəb qida yox, toksik zəhərlənmədir.
Sosial şəbəkələrdə Azərbaycana idxal olunan məhsulların zərərli olduğu haqda yazılan məlumatlara münasibət bildirən AQTA sədri deyib ki, son zamanlar həddindən artıq dırnaqarası qida ekspertləri ortalığa çıxıb və onlar əhali arasında lazımsız təşviş yaradırlar: “Bu yaxınlarda belə bir məlumat oxudum ki, Azərbaycana idxal olan qidanın 99 faizi xəstəlik mənbəyidir. Heç bir elmi araşdırma olmadan, istinada söykənmədən insanlar mənasız bəyanatlar verirlər. Eyni zamanda GMO ilə əlaqədar belə bir məlumat oxudum ki, guya Azərbaycana idxal olunan və ölkədə istehsal olunan tərəvəzlərin yüz faizi Genetik Modifikasiyalı məhsullardır.
Sədr dünyada cəmi 30 adda Genetik Modifikasiyalı məhsulların olduğunu və onların arasında tərəvəzlərin sayının az olduğunu deyib. Bildirib ki, dünyada soğan, acı bibər, kələm, xiyar kimi tərəvəzlərin GMO-su yoxdur.
23:53 / 21 Noyabr 2026
16
23:41 / 21 Noyabr 2026
64
23:11 / 21 Noyabr 2026
441
23:00 / 21 Noyabr 2026
81
22:47 / 21 Noyabr 2026
214
22:32 / 21 Noyabr 2026
139
22:20 / 21 Noyabr 2026
367
22:02 / 21 Noyabr 2026
236
21:49 / 21 Noyabr 2026
113
21:32 / 21 Noyabr 2026
486
21:27 / 21 Noyabr 2026
146
21:20 / 21 Noyabr 2026
130
21:17 / 21 Noyabr 2026
669
20:49 / 21 Noyabr 2026
1047
20:33 / 21 Noyabr 2026
164
20:09 / 21 Noyabr 2026
1775
19:14 / 21 Noyabr 2026
771
19:12 / 21 Noyabr 2026
207
18:41 / 21 Noyabr 2026
155
18:29 / 21 Noyabr 2026
149
18:19 / 21 Noyabr 2026
149
18:18 / 21 Noyabr 2026
159
17:54 / 21 Noyabr 2026
296
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.