"Kasıb oğlana ərə getmişdim, cehizimi özüm aldım" – Məşhur müğənninin AĞIR KEÇMİŞİ
24 Yanvar 2026, 20:04
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
5302
29.11.2019, 16:11
Space Tv-nin aparıcı Amil Xəlil bu gün sərt çıxışı ilə yadda qalıb. Belə ki, teleaparıcı verilişinə dəvət etdiyi şəxsin qarşı tərəfini də efirə dəvət edib. Bu zaman qarşı tərəf başqa kanala üz tutub. Bu isə birmənalı qarşılanmayıb. Verilişin aparıcısı efirdən ad çəkmədən bəzi eyhamlar vurub.
Oxu24.com -un araşdırması zamanı məlum olub ki, aparıcının çıxışı ARB-nin aparıcısı Elgiz Əkbərə ünvanlanıb. Amil Xəlil efirdə ad çəkməsə də, söhbətin Elgiz Əkbərin verilişində ekspert kimi iştirak edən vəkildən getdiyi məlum olub.
Bu haqda aparıcı facebook səhifəsində statusda yazıb.
Həmçinin oxuyun
{gallery}
Amil Xəlil sözlərinə görə qarşı tərəf başqa kanala çıxaraq vəkili ilə bərabər «Space tv» də olan şikayətçi Zamiq barəsində açıqlama verib. Amma iş o yerə gəlib ki, Elgiz bəy Zamiq haqqında «manyak» və bu kimi sözlər səsləndirib. Space Tv-də olan Zamiq isə qarşı tərəfin başqa kanalda aparıcı ilə onun haqqında sərt danışmasını qınadığını bilirib. «Mən həmin aparıcının xətrini çox istəyirəm. İllərdir televiziyadadır. Və illərdir sözünü deyir. Amma son günlər eşitdiklərim və gördüklərim məni dəhşətə gətirir. Bir həmkar olaraq pis oldum. Axı sizin əlinizdə heç bir sübut olmadan, nədir-nədir Zamiqin şikayət etdiyi xanımın vəkili verilişdə iştiak edirsə siz niyə mövqeyinizi bir tərəfli aparırsınız? Tanımadığınız adam haqqında bir jurnalist olaraq sərt çıxış etmək bəyəm jurnalistikanın qanunlarına uyğundurmu? Mən o xanımın biabırçı videolarını efirdə göstərmirəm, amma siz bəyin icazəsi olmadan onun şəkillərini təqdim edib, onu alçaldırsınız. Əgər normal araşdırma aparırdınızsa bizimlə də kontakta keçə bilərdiniz. Çünki mənim yanıma başqa kanalda olan şikayətçi gələrkən dərhal həmin kanalla əlaqə qurur ətraflı məlumat alıram.» deyə Amil Xəlil bildirib.
16:07 / 26 Yanvar 2026
1
15:58 / 26 Yanvar 2026
23
15:53 / 26 Yanvar 2026
24
15:41 / 26 Yanvar 2026
23
15:36 / 26 Yanvar 2026
30
15:30 / 26 Yanvar 2026
49
15:21 / 26 Yanvar 2026
34
15:15 / 26 Yanvar 2026
368
15:01 / 26 Yanvar 2026
200
14:48 / 26 Yanvar 2026
100
14:18 / 26 Yanvar 2026
81
14:09 / 26 Yanvar 2026
211
14:08 / 26 Yanvar 2026
65
13:37 / 26 Yanvar 2026
497
13:34 / 26 Yanvar 2026
95
13:25 / 26 Yanvar 2026
257
13:15 / 26 Yanvar 2026
64
12:58 / 26 Yanvar 2026
129
12:47 / 26 Yanvar 2026
445
12:35 / 26 Yanvar 2026
297
12:25 / 26 Yanvar 2026
140
12:18 / 26 Yanvar 2026
553
12:16 / 26 Yanvar 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.