Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106033
az

“O olmasın, bu olsun” tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

12:1612 Aprel, 2024
431
OXU24 TV
  • A

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də “Səhnə” layihəsidir.

Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqinin ahəngdar sintezi, ölməz əsər və tamaşaların cəmiyyətə mənəvi təsirindən bəhs edən “SƏHNƏ” layihəsində ATV daha bir yeniliyə imza atıb.

Belə ki, tamaşaçılara dünyaşöhrətli bəstəkar, İslam dünyasında ilk operanın banisi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası ən son quruluşda təqdim ediləcək. Tamaşa Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində lentə alınıb və özəl kanallar arasında ilk dəfə məhz ATV bu tamaşanı tam nümayiş etdirəcək.

Üzeyir Bəyin ölməz qəhrəmanlarından olan Məşədi İbadın başına gələnləri 14 aprel saat 22:30-da ATV-nin efirində izləyə biləcəksiniz..

Qeyd edək ki, layihəni müəllifi tanınmış rejissor Ələkbər Tağızadə, aparıcısı xalq artisti Fəxrəddin Manafovdur. Bu, ATV-nin Azərbaycan klassik musiqisinin və milli mədəniyyətinin təbliğinə xidmət edən layihərindən biridir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ