Bakı ilə bağlı XƏBƏRDARLIQ: Tez-tez müşahidə OLUNACAQ
17 Aprel 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
4346
14.02.2026, 21:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə "France 24" telekanalına müsahibə verib.
Oxu24.com xəbər verir ki, Prezident müsahibəsində Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı önəmli açıqlamalar verib.
Prezident bildirib ki, tarixi sənədin Ağ Evdə ABŞ prezidentinin iştirakı ilə imzalanması münaqişənin başa çatdığını və regionun daimi olacağına ümid edilən sülh mərhələsinə qədəm qoyduğunu göstərir. Dövlət başçısı qeyd edib ki, həmin vaxtdan altı aydan artıq müddət keçib və Azərbaycan–Ermənistan sərhədində vəziyyət sabitdir, atəşkəs pozuntuları qeydə alınmır, itki və yaralanma halları baş vermir.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərində mövcud məhdudiyyətləri aradan qaldırıb. Eyni zamanda, Ermənistana vacib neft məhsullarının tədarükünə başlanılıb və bununla iki ölkə arasında ticari münasibətlərin əsası qoyulub.
Prezident çıxışında bildirib ki, Azərbaycanın paytaxtdan Ermənistan sərhədinədək inşa etdiyi dəmiryol xətti təxminən 400 kilometrdir, əlavə olaraq Naxçıvan eksklavında 200 kilometrə yaxın hissə bərpa olunacaq. Prezident qeyd edib ki, Zəngəzur dəhlizinin Ermənistan seqmenti qısa məsafəni əhatə edir və layihənin reallaşacağına əminlik ifadə edib.
Həmçinin oxuyun
Dövlət başçısı həmçinin ABŞ-ın vitse-prezidentinin səfərinin əhəmiyyətini vurğulayıb və bu səfərin ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması ilə əlamətdar olduğunu bildirib.
00:33 / 20 Aprel 2026
134
23:58 / 19 Aprel 2026
168
23:24 / 19 Aprel 2026
152
23:08 / 19 Aprel 2026
193
22:50 / 19 Aprel 2026
164
22:36 / 19 Aprel 2026
148
22:23 / 19 Aprel 2026
205
22:13 / 19 Aprel 2026
183
21:59 / 19 Aprel 2026
125
21:40 / 19 Aprel 2026
106
21:29 / 19 Aprel 2026
87
20:59 / 19 Aprel 2026
88
20:48 / 19 Aprel 2026
111
20:21 / 19 Aprel 2026
293
20:15 / 19 Aprel 2026
105
19:40 / 19 Aprel 2026
113
19:20 / 19 Aprel 2026
336
19:00 / 19 Aprel 2026
120
18:45 / 19 Aprel 2026
122
18:23 / 19 Aprel 2026
149
18:08 / 19 Aprel 2026
1832
17:34 / 19 Aprel 2026
144
14:58 / 19 Aprel 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.