Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞƏRHSİZ
1402
03.12.2020, 21:50
Abşeron rayonunda xəsarət yetirməkdə ittiham olunan Kürdəmir sakini, 1985-ci il təvəllüdlü Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Ramil Məmmədov kirayə yaşadığı mənzilin qonaq otağında arvadı Zeynəb Məmmədovanın onu xəyanət etməkdə günahlandırması səbəbindən aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı onun baş və bədən nahiyələrinə ardıcıl bir neçə yumruq zərbələri vurub, ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Ramil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil Məmmədov bildirib ki, Zeynəb Məmmədova onun rəsmi həyat yoldaşıdır: “Onunla 2014-cü ilin iyun ayında ailə həyatı qurmuşam. Həmin evlilikdən iki azyaşlı övladlarımız var. 2018-ci ilin avqust ayından Zeynəb və azyaşlı uşaqlarım ilə birlikdə kirayə yaşamağa başlamışıq. Həmin vaxt maddi cəhətdən ailəmin ehtiyaclarını təmin etmək üçün “Norm” sement zavodunda yük avtomobilinin sürücüsü işləmişəm. Zeynəb qısqanc xasiyyətli olduğu üçün aramızda müxtəlif vaxtlarda mübahisələr baş verib. Hər dəfə işdən evə gec gələndə Zeynəb mənim xəyanət etdiyimi düşünüb”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə gecə saat 01 radələrində öz evinə gəlib və yataq otağına keçərək yatıb: “Həmin gün saat 13 radələrində yuxudan oyanarkən evdə Zeynəb və azyaşlı uşaqlarım olub. Zeynəb mənə nə səbəbdən evə gec gəldiyimi və niyə onlara laqeyd münasibət göstərdiyimi soruşdu. Mən isə Zeynəbə heç bir laqeyd münasibət göstərmədiyimi, sadəcə olaraq işdə yorulduğum üçün bir az yeyib-içdiyimə görə evə gec gəldiyimi dedim. Zeynəb mənim yalan danışdığımı və ona xəyanət etdiyimi bildirdi. Bundan əsəbiləşərək kirayə yaşadığım mənzilin qonaq otağında yumruq və şillə ilə Zeynəbin baş və sifət nahiyəsindən vurdum. Zeynəb vurduğum zərbələrdən sonra mətbəxə keçdi. Onun arxasınca mətbəxə getdim, saçlarından tutaraq yataq otağına gətirdim. Yataq otağında da bir dəfə Zeynəbin başından yumruqla vurdum. Sonradan evi tərk etdim”.
Ramil Məmmədov qeyd edib ki, həmin gün axşam saatlarında Zeynəbə qarşı etdiyi hərəkətlərdən peşman olduğu üçün bazarlıq edib və evinə gəlib: “Səhəri gün isə işə getdim. Axşam evə gələrkən Zeynəblə uşaqların evdə olmadığını gördüm. Zeynəbə zəng edərək harada olduğunu soruşdum. Tərtər rayonuna, yəni atası evinə getdiyini, döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etdiyini bildirdi”.
Ramil Məmmədov ifadəsinin sonunda Zeynəb ilə barışdığını, barəsində olan cinayət işinə xitam verilməsini istəyib.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Ramil Məmmədovun barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
11:52 / 15 Noyabr 2026
1
11:43 / 15 Noyabr 2026
40
11:29 / 15 Noyabr 2026
60
11:20 / 15 Noyabr 2026
64
11:20 / 15 Noyabr 2026
68
11:10 / 15 Noyabr 2026
65
11:07 / 15 Noyabr 2026
356
10:50 / 15 Noyabr 2026
80
10:25 / 15 Noyabr 2026
227
10:21 / 15 Noyabr 2026
91
10:18 / 15 Noyabr 2026
88
10:12 / 15 Noyabr 2026
118
09:35 / 15 Noyabr 2026
439
07:35 / 15 Noyabr 2026
150
05:50 / 15 Noyabr 2026
147
01:35 / 15 Noyabr 2026
158
01:10 / 15 Noyabr 2026
176
23:59 / 14 Noyabr 2026
367
23:51 / 14 Noyabr 2026
198
23:47 / 14 Noyabr 2026
214
23:33 / 14 Noyabr 2026
175
23:23 / 14 Noyabr 2026
539
23:16 / 14 Noyabr 2026
177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.