Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşət: Ata oğlunu həyətdə öldürdü   —  Tükürpədici VİDEO

Azərbaycanda dəhşət: Ata oğlunu həyətdə öldürdü   —  Tükürpədici VİDEO

ŞƏRHSİZ

6083

12.07.2020, 16:05

Kürdəmirdə dəhşətli qətl hadisəsi baş verib. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, ata 35 yaşlı oğulu güllələyərək öldürüb. Hadisə rayonun Xırdapay kəndində qeydə alınıb.

Kənd sakini, 61 yaşlı Məzahir Heybət oğlu Şəmiyev aralarında baş vermiş münaqişə zəminində oğlu, 35 yaşlı  Elkən Şəmiyevi ov tüfəngi ilə güllələyərək öldürüb.

Qonşuların dediyinə görə, bu vaxta kimi ailə həyatı qurmayan Elkən Şəmiyev Moskvada narkotik vasitələrin alğı-satqısı ilə məşğul olduğu üçün 9 il yarım məhkumluq həyatı yaşayıb. Bu hadisə ailədə uzun müddət xoşagəlməz söhbətlərə səbəb olub.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.