Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞƏRHSİZ
2782
18.02.2024, 00:30
Tibbi dildə limfedema adlanan fil xəstəliyi nadir xəstəlik növlərindən biridir. Limfa sistemində struktur qüsuru nəticəsində yaranan fil xəstəliyi, limfa mayesinin miqdarının artması nəticəsində dəri altında və toxuma boşluqlarında toplanaraq artır. Buna görə də, qollarda, ayaqlarda və ya gövdədə şişkinlik meydana gəlir.
Fil xəstəliyi yoluxucu deyil, genetik yolla keçmədiyini də deyə bilərik. Hormonal balanssızlıq nəticəsində yaranan fil xəstəliyi davamlı müalicə ilə aradan qaldırıla bilər. Müalicə olunmadıqda isə ciddi problemlərin yaranması qaçılmazdır.
Fil xəstəliyinin mərhələləri hansılardır?
Fil xəstəliyinin mərhələləri
Geri dönə bilən limfedema olaraq xarakterizə edilən birinci mərhələdə müvəqqəti şişlik və təyin oluna bilməyən şikayətlər görülür. Gün ərzində artan ödəm istirahət zamanı azalır.
İkinci mərhələ xroniki limfedema kimi xarakterizə olunur. Bu fazada davamlı şişlik ilə hissiyyatın azalması və hərəkətin məhdudlaşdırılması baş verir. Eyni zamanda ağrı, yanma kimi şikayətlər də görülür.
Üçüncü və son mərhələdə şiddətli ağrılar olur. Zamanla artan əza deformasiyası ilə hərəkətdə ciddi bir məhdudiyyət yaranır. Son zamanlarda limfa xərçəngindən də bəhs edilir. Müalicə uğursuz olarsa, ölüm qaçılmazdır.

Fil xəstəliyinin əlamətləri hansılardır?
Limfedema dərhal ortaya çıxan bir xəstəlik deyil. Bəzi hallarda simptomlar 15 il və ya daha uzun müddət ərzində görünə bilər.
Həmçinin oxuyun
Limfedemanın əsas simptomları ağrı və diskomfort, bədəndə ağırlıq və sıxılma hissi, hərəkətliliyin məhdudlaşdırılması, dəridə gərginlik və sərtlik, əllərdə və ayaqlarda dolğunluq hissi, şişlik və iltihab və dərinin qalınlaşmasıdır.
Fil xəstəliyinin müalicəsi necə olur?
Fil xəstəliyinin müalicəsi
Gigiyena limfedemanın müalicəsində ən vacib amildir. Gigiyena ilə yanaşı, ilk mərhələdə həkimlər tərəfindən müxtəlif idman və məşqlər tövsiyə olunur. Bu məşqlərin müntəzəm tətbiqi nəticəsində bədən əvvəlki vəziyyətinə qayıda bilər. Bundan əlavə, bu məşqlər sayəsində əzələlər daha çox hərəkət edir və təzyiq azalır.
Fil xəstəliyində tətbiq olunan başqa bir müalicə üsulu da cərrahiyyədir. Artıq dəri cərrahi müdaxilə ilə çıxarılır. Dərman müalicəsi və fizioterapiya kimi tətbiqlərlə də müalicəyə dəstək verilir.
Fil xəstələri necə qidalanmalıdır?
Fil xəstələri ilk olaraq gündə ən az 10 stəkan su içməlidirlər. Daha sonra çay, qəhvə, spirt, şokolad kimi tərkibində kofein olan qida və içkilərdən uzaq durmalıdırlar.
Fil xəstəliyi müalicə edilməzsə, nə olar?
Fil xəstəliyi
Fil xəstəliyi müalicə edilməzsə, şiddətini artırar və daha ciddi problemlərə səbəb ola bilər. İnfeksiya və xərçəngə səbəb ola bilən limfedema ən qısa zamanda müalicə olunmalıdır.
Fil xəstəliyinə hansı bitki yaxşı təsir edir?
Fil xəstəliyinə yaxşı təsir edən bitkilər arasında ən çox üstünlük veriləni zəncəfildir. Zəncəfil fil xəstəliyinin əlamətləri olan şişlik və iltihabı bir xeyli azaldır. Zədələnmiş limfa düyünlərini sağaldan zəncəfil, zamanla onların yenidən fəaliyyət göstərməsinə şərait yaradır.

14:50 / 13 Dekabr 2025
4
14:38 / 13 Dekabr 2025
21
14:28 / 13 Dekabr 2025
30
14:22 / 13 Dekabr 2025
31
14:12 / 13 Dekabr 2025
111
13:14 / 13 Dekabr 2025
450
13:07 / 13 Dekabr 2025
222
12:58 / 13 Dekabr 2025
128
12:16 / 13 Dekabr 2025
837
12:08 / 13 Dekabr 2025
92
11:44 / 13 Dekabr 2025
69
11:30 / 13 Dekabr 2025
78
11:09 / 13 Dekabr 2025
871
11:07 / 13 Dekabr 2025
383
10:25 / 13 Dekabr 2025
1070
09:15 / 13 Dekabr 2025
860
09:06 / 13 Dekabr 2025
600
08:45 / 13 Dekabr 2025
128
08:37 / 13 Dekabr 2025
154
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1101
00:01 / 13 Dekabr 2025
742
23:20 / 12 Dekabr 2025
669
23:12 / 12 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.