Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91957
az

Mübariz Mənsimovdan anasına doğum günü təbriki: "Bilirəm, sənə çox ağırdır"

23:2701 İyul, 2023
1845
MÜSAHİBƏ
  • A

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov anasını doğum günü münasibətilə təbrik edib.

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, M. Mənsimov bunu sosial media hesabında paylaşıb.

"Bugün anamın doğum günündür. Bilirəm, sənə çox ağırdır. Bu, ömür-gün, həyat yoldaşın, mənim atam yanında olmadan keçirdiyin ilk ad günündür. Sən 9 övladı böyük çətinliklə böyüdən, yuxusuz gecələrində, əllərinin qabarı ilə bizi böyüdüb başa çatdıran, hər uğurumuza sevinən, çətin anlarımızda zərif çiyninlə hər birimizə dayaq olan İnsansan. Sən o qədər böyük, o qədər müqədəssən ki, allah cənnəti sənin ayaqların altında qılıb. Uca yaradan sənə möhkəm cansağlığı versin, başımızın üstündən əskik olma. Canım anam, indi bizə həm ata, həm də anasan. Bütün insanlara isə demək istədiyim budur: ata və ananızın qədrini sağlıqlarında bilin, onların həyatını gözəl edin. Valideynlər buna layiqdir!", - deyə M. Mənsimov təbrik yazıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı polkovnik Ukraynada həlak oldu
Mübariz Mənsimovdan anasına doğum günü təbriki:
Zelenski onları təltif etdi